Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi İspaniyanın “Lavanguardia” qəzeti ilə yanaşı, ABŞ-ın “Holanews”, Dominikan Respublikasının “Diariolibre” qəzetlərinin elektron platformalarında, Argentinanın “Infobae” xəbər saytında, Yahoo! News- Yahoo! tərəfindən yaradılan xəbər aqreqatorunda dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanın səbri tükənməz deyil” sərlövhəsi ilə dərc olunan müsahibədə ispandilli oxuculara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi son hərbi təxribat və onun nəticələri barədə məlumat verilir.

Hikmət Hacıyev müsahibədə rəsmi Bakının Ermənistan-Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirir. Qeyd olunur ki, Azərbaycan Respublikasının ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyən edildiyi kimi qeyd-şərtsiz işğaldan azad edilməlidir.

Hikmət Hacıyev vurğulayıb: “Əks halda Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz ərazi bütövlüyünü qorumaq və sərhədlərinin toxunulmazlığını təmin etmək hüququnu saxlayır”.

O xəbərdarlıq edib ki, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni hərbi iştirakı qabaqcadan söylənilə bilməyəcək potensial nəticələr riskinin mənbəyidir və Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi onun orta əsirlərə dair fikirlərə bağlılığını sübut edir.

Hikmət Hacıyev həmin müsahibəsində deyir: “Ermənistan münaqişənin həllində maraqlı deyil, o, indiki status-kvonu möhkəmlətməyə və onun müddətini uzatmağa çalışır.

Otuz ilə yaxındır ki, biz danışıqlar prosesində iştirak edirik. “Strateji təmkin” adlandırıla biləcək bu fakt ölkəmizin məsələyə konstruktiv münasibətinin parlaq nümunəsidir. Lakin biz nəticə əldə edilməsinə yönəlmiş məzmunlu danışıqların tərəfdarıyıq”.

H.Hacıyev xəbərdarlıq edib ki, Bakı danışıqlar xatirinə danışığa getməyəcək, danışıqlar əbədi davam edə bilməz, çünki “indiki status-kvo yolverilməzdir və dəyişməlidir”.

“Azərbaycanın səbri tükənməz deyil”, - deyən H.Hacıyev vurğulayıb ki, işğal hərbi cinayətlərlə və insanlığa qarşı cinayətlərlə, etnik təmizləmələrlə müşayiət olunub. Münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan başa düşməlidir ki, XXI əsrdə beynəlxalq münasibətlər cəngəlliklər qanunu ilə nizamlana bilməz.

İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejiminin vaxtaşırı pozulmasına, azərbaycanlı hərbi qulluqçuların və bir nəfər dinc sakinin həlak olmasına gəldikdə isə, H.Hacıyev bu hadisələri qəsdən törədilmiş təxribat, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüz adlandırıb. Onun fikrincə, Yerevan bu hərəkətləri etməklə bir neçə məqsəd güdür. Onun bir məqsədi qlobal neft-qaz və nəqliyyat layihələrinin Azərbaycanın şimal-qərbində Tovuz rayonunda yerləşən strateji infrastrukturuna ziyan vurmaqdır.

H.Hacıyev bildirib ki, Ermənistan rəhbərliyinin daha bir məqsədi Ermənistanda ictimai rəyi daxili problemlərdən, amanabənd sosial-iqtisadi vəziyyətdən, müxalifətçilərin təqib edilməsindən və COVID-19 pandemiyasından yayındırmaq idi.

Hikmət Hacıyev sonda diqqətə çatdırıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etməyə çalışıb. Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb: “Azərbaycan Ordusu bütün hücumları dəf etdi və Yerevan öz məqsədlərinin heç birinə nail olmadı”.

Son xəbərlər

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər

SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq

Şimali Koreya yeni hərbi dəniz bazası tikir

Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi

Bütün xəbərlər