Siyasət
29.02.2020, 20:30
İcma rəhbəri: “Qarabağda müharibə başlasa, istədiyimiz kimi bitəcək”
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev “Qarabağ harayı” adlanan kampaniya çərçivəsində müharibə mesajı verib.
T.Gəncəliyev bildirib ki, Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsinə hazırlıqlı olmalıdır.
Onun fikrincə, Qarabağda müharibə başlasa, bu, Azərbaycanın istədiyi kimi bitəcək.
“Biz istəmirdik, amma ermənilər bizə qarşı savaş açdı, torpaqlarımızı işğal etdi. Buna baxmayaraq, müharibənin sonu bizim istədiyimiz kimi bitəcək”, - deyə o bildirib.
İcma rəhbəri qeyd edib ki, məcburi köçkünlər öz torpaqlarına qayıtmayınca, sakit dayanmamalıyıq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay