Ukraynalı jurnalist, “Qordon” internet-nəşrinin təsisçisi Dmitri Qordon Ukraynanın Baş prokurorunun azərbaycan əsilli müavini Gündüz Məmmədovun vəzifədən uzaqlaşdırılmasını tənqid edib.
Bu barədə jurnalist “Ukrayna 24” telekanalının efirində çıxışı zamanı bildirib.
O, bu qərarın yanlış olduğunu qeyd edib.
“Gündüz Məmmədov tamamilə korrupsiyadan uzaq adamdır. O, peşəkarlardan ibarət komanda toplayıb, böyüdüb. Bu insanlar Rusiyanın 7,5 il illik aqresiyası zamanı olan bütün cinayətləri qeydə alıblar. Orada elə materiallar toplanıb ki... Mən bu barədə çox danışa bilmərəm. Ancaq bu “müharibə departamentində” bir neçə Nürnberq və ya Haaqa prosesi üzərində çalışılıb”, - deyə o bildirib.
Dmitri Qordon həmçinin Gündüz Məmmədovun yerinə baş prokurorun digər müavini Maksim Yakubovskinin təyin olunmasına qəzəblənib. Onun sözlərinə görə, Yakubovskinin Rusiya Prezidentinin qızının xaç atası olan millət vəkili Viktor Medvedçukun adamı olduğu deyilir.
“Məmmədov vurulan “Boeing” təyyarəsi ilə bağlı (2014-cü ildə Donetsk vilayətində) Ukraynanın bütün mövqeyini qoruyur. O, həmçinin düşmənin arxa cəbhəsində aparılan çoxsaylı gizli, ciddi xüsusi əməliyyatları kurasiya edir”, - deyə D.Qordon bildirib.
Jurnalist həmçinin bildirib ki, Gündüz Məmmədov mütləq öz vəzifəsinin başına qaytarılmalıdır:
“Çox qətiyyətlə deyirəm ki, Gündüz Məmmədov yerinə qaytarılmalıdır”.
Qeyd edək ki, Gündüz Məmmədov 1974-cü ildə Gəncədə anadan olub.
Müsahibə
Dmitri Qordon: “Gündüz Məmmədov korrupsiyadan uzaq insandır və onu yerinə qaytarmaq lazımdır” - VİDEO
Siyasət
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdular
İqtisadiyyat
Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırılacaq
Siyasət
Ermənistan çobanı Azərbaycana qaytarır
Siyasət
Bu, ABŞ-a məqsədlərinə çatmağa imkan verməyəcək - Pezeşkian
Siyasət
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
Son xəbərlər
Ukrayna “Drujba” neft kəmərini vurdu
Son xəbərlər
Kamran Əliyevdən yeni təyinatlar
Son xəbərlər
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
Son xəbərlər
Fransa hökuməti 2027-ci il büdcəsi ilə bağlı səsverməni təxirə salıb
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
Siyasət
Bu, Makronun nüfuzuna zərbədir - FT
Siyasət
Bu, Trampın tarixi səhvi olacaq - Zelenski
Müsahibə
Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar
Siyasət
ABŞ kəşfiyyat məlumatları mübadiləsini bərpa etdi
Son xəbərlər