Mərdan Məmmədli Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri, Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın oğludur. O, şəhid övladları üçün təşkil edilən “Qaliblər düşərgəsi”nin 14 günlük iştirakçısıdır.
Azvision.az xanım şəhidin övladı ilə söhbətləşib. 12 yaşlı Mərdan bu il 7-ci sinifdə oxuyacaq. Onun gələcəklə bağlı böyük arzuları var.
- Mən qəhrəman xanımın oğlu olduğum üçün fəxr edirəm və qürur duyuram. Anamı çox sevirdim. O, bizim qayğımıza qalırdı, ana sevgisi verirdi. Anamın şəhadəti xəbərini qürurla qarşıladıq. Şəhidlər ölmür, onlar hər zaman bizim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərə rəhmət eləsin!
- Mərdan, sonuncu dəfə ananla nə zaman görüşdün ?
- Anam məni riyaziyyat fənnindən hazırlığa qoymuşdu. O, həmişə istəyirdi ki, dərslərimizi yaxşı oxuyaq. Buna görə də bizə müəllimlər tuturdu. Müharibəyə gedəndə bacımla mənə dedi ki, “Mən işə gedirəm, şənbə günü geri qayıdacağam”. Onunla görüşüb, hazırlığa getdim. Anam isə məndən iki saat sonra evdən çıxacaqdı. Sonrakı gün anamın şəhid olması xəbəri gəldi.
- Arəstə xanımın övladlarından gözləntiləri nəydi? Sizə hansı məsləhətləri verirdi?
- Həmişə deyirdi ki, dərslərinizi yaxşı oxuyun, Vətənə xidmət edin, kasıb insanlara əl tutun.
- Ananın sözlərinə əməl edib, dərslərini yaxşı oxuyursanmı?
- Bəli.
- Ən çox hansı fənni sevirsən?
- Riyaziyyatı və ingilis dilini. Anam özü ingilis dili müəlliməsi olub. Ancaq ixtisasından imtina edib, hospitalda tibb bacısı olmuşdu.
- Sən özün də gələcəyin qəhrəman əsgərisən…
- Hərbçi olmaq fikrim var. Kiçik yaşlarımdan belə fikrim olub. Yəqin ki, anamın Vətənə bağlılığından belə bir istək məndə yaranıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altında olan ərazilərini azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlatdığı Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda” medalı və 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edilib. Özündən sonra bir qızı və bir oğlu yadigar qalıb.
Müsahibə
Xanım şəhidimizin övladı: “Anam şənbə günü qayıdacağını demişdi...” - VİDEO
Son xəbərlər
Sahibə Qafarova “Aqaba Prosesi” çərçivəsində Astanada keçirilmiş görüşdə iştirak edib
Bölgə
İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
Bölgə
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
Siyasət
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - Foto
İqtisadiyyat
Vergi borclarına görə hesablanan faizlər iki dəfə azaldıla bilər
Siyasət
ABŞ-nin İranla bağlı planları: Tramp administrasiyası nə qərar verəcək?
İqtisadiyyat
Neft yenə kəskin bahalaşdı
Son xəbərlər
Bank iflas etdiyi üçün ölkə prezidenti istefa verdi
Tarix
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət
Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər
Siyasət
İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...
Hadisə
DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri saxladı
Texnologiya
Prezident qanun imzaladı
İqtisadiyyat
Azərbaycanda saatlıq əmək haqqı sistemi tətbiq ediləcək
Siyasət