Səni görmədən sevdim, Şuşa!
Mən səni sözlərdə tanıyıram. Qələmin və nitqin vəsf edə biləcəyi ən gözəl kəlimlərlə səninlə tanış oldum. Hər kəsdən həyəcanla səni soruşurdum. Xatirələrdə, xəyallarda, hətta xülyalarda belə sənin haqqında nələrsə öyrənmək istəyirdim. Mən səni görmədən tanıdım və deyəsən sevdim... Səni tanıyıb, sevməmək olarmı heç?
Bəlkə biraz səndən danışım...
Eşitmişəm çox etibarlısan, hər qorxan sənə sığınır, sənə pənah gətirir. Bir də deyirlər elə xoş səsin var ki, insanları ibadətə çağırır sanki sözlərin. Hətta xasiyyətin o qədər mülayimdir ki, dinindən, dilindən, irqindən, milliyyətindən asılı olmayaraq hər kəs sənin dostun olmaq istəyir. Hər kəsin səndə sevdiyi, mənim isə məftun olduğum bir özəlliyin də var. Sən hamı kimi deyilsən, müasir olsan da öz keçmişinə, dəyərlərinə bağlısan. Bəlkə də səni hamıdan fərqli edən elə budur?! Bir də hər zaman yaxana taxdığın o gül.. İndiyə kimi heç kəsdə, heç yerdə görməmişəm... Amma bir şöhrətin var ki, adın səslənəndə kimi notlarla ürəyinin intizarını dilə gətirəcək, kimisi də şair olub sözlərlə qəlbimizi ovsunlayacaq.![]()
Səndən həmişə gözəl xatirələrlə danışardılar. Amma bir gün sanki bağlı gözlərim açıldı.. Sözlərdə eşitdiyimi, yəni səni, görmək istədim. Deyir insan toxunmaqla hiss edər, amma mənə səni görmək belə nəsib olmadı. 30 il səni axtardım.. 25 il bu həyatda yaşasam da sanki ruhum məndən öncə səni görmək üçün gəlmişdi.. Kimə yaxınlaşsam, səni soruşsam sadəcə susurdular..
“Adını belə səsləndirməyə kimdəsə cəsarət yoxdurmu?” deyə var gücümlə, səsimin bütün dünyada eşidiləcəyinə güvənərək qışqırdım. Bir zamanlar sənin arxa-dayaq olduğun o çarəsiz, qan içində, fəryad dolu səsiylə səni səsləyən, bağrından körpəsi qoparılan o ananın igid oğlu qarşımda idi. Mən səni sevdiyimi düşünürdüm. Səni mənə qaytarmaq üçün o igidi qan içində görəndə səni daha çox sevdim. Sənin daha çox sevgiyə layiq olduğunu anladım.
Mənə səndən xatirə yaxana hər zaman taxdığın o gül qalmışdı. Mücrümdə gözbəbəyim kimi qoruduğum o xarıbülbülü deyirəm. Yəqin məndən inciməzsən, artıq o məndə deyil.. Qorxma, itirməmişəm onu. Şuşam, indi Xarıbülbülün səni həqiqətən sevən o igidin döş nişanıdır...
Elnurə Cəfərzadə,
QEYD Sosial-Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru
Mədəniyyət
Şuşaya məktub-Köşə
Müsahibə
Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"
Son xəbərlər
Rusiyaya hücum: Neft zavodu yandı
Siyasət
Ceyhun Bayramov çinli həmkarı ilə nələri müzakirə etdi? - Foto
Siyasət
İsrail prezidenti Azərbaycana gəldi
İqtisadiyyat
Kartdan-karta pul köçürmələri ilə bağlı yeni qərar - Tariflər
Siyasət
Avropanın Rusiyaya münasibəti dəyişməyəcək - Knaysl
İqtisadiyyat
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"
Son xəbərlər
Türkiyədən Moskvaya uçan təyyarələr geri qayıtdı
Son xəbərlər
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi
Siyasət
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
İqtisadiyyat
İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
Siyasət
AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
Siyasət
Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
Siyasət
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Son xəbərlər