Mayın 10-da Quba şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycan-Türkiyə Qardaşlıq Parkı istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Quba şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Parkın açılış mərasimində Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Milli Məclisin deputatları Əhliman Əmiraslanov və Qənirə Paşayeva çıxış edərək ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb.
Yeni istirahət parkının eni 24, uzunluğu isə 60 metrdir. Parkda rəmzi olaraq iki qardaş ölkənin bayraqlarındakı ulduz və ayparalar təsvir edilib. Əliqulu Nərimanov küçəsində tikilən istirahət məkanının layihələndirilməsinə Azərbaycan və Türkiyədən mütəxəssislər cəlb olunub. Azərbaycan və Türkiyənin bayraqlarının dalğalandığı parkda sakinlərin asudə vaxtının səmərəli təşkili üçün lazımi şərait yaradılıb.![]()
Mədəniyyət
Quba şəhərində Azərbaycan-Türkiyə Qardaşlıq Parkı istifadəyə verildi
İdman
Canni İnfantino İlham Əliyevə təşəkkür etdi
Tarix
Bakıda tarixi bina təmir olunacaq - 2,8 milyon ayrıldı
Hadisə
Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
Müsahibə
Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı
Siyasət
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pislədi
Siyasət
Paşinyanın növbədənkənar seçki bəyanatı iqtidarda təşviş yaratdı
İdman
Arsen Venger Bakıda keçiriləcək dünya çempionatının əhəmiyyətindən danışıb
Müsahibə
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
Son xəbərlər
Xəbərdarlıq: Ərzaq və su ehtiyatı toplayın
Siyasət
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdular
İqtisadiyyat
Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırılacaq
Siyasət
Ermənistan çobanı Azərbaycana qaytarır
Siyasət
Bu, ABŞ-a məqsədlərinə çatmağa imkan verməyəcək - Pezeşkian
Siyasət
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
Son xəbərlər