Vaxtilə Xocalıdan məcburi köçkün düşmüş, hazırda isə ABŞ-ın Şimali Karolina ştatında yaşayan Anar Usubov amerikalı bloger Sandra Stringer Xocalı hadisələri və ikinci Qarabağ müharibəsi haqqında fikirlərini bölüşüb.

Baku TV həmyerlimizin amerikalı fəalla söhbətini təqdim edib.

O, bildirib ki, faciəli hadisələr zamanı cəmi 8 yaşı olmasına baxmayaraq, həmin dəhşətləri yaxşı xatırlayır və qətliamdan 29 il keçməsinə rəğmən, onun təsirini hələ də hiss etməkdədir.

“Düzü, ötən ilin ortalarında, hələ müharibə başlamazdan əvvəl mənim öz torpaqlarımızı geri qaytaracağımıza heç bir ümidim yox idi. Üstündən 30 il keçib. Amma sonradan baş verənlər göstərdi ki, Azərbaycan heç zaman öz əzəli torpaqları üzərindəki suveren haqlarından imtina etməyib. Bizim qələbəmizdə Türkiyənin ölkəmizə göstərdiyi mənəvi və siyasi dəstəyin rolu danılmazdır. Hərçənd, ermənilər döyüşlərdə türk hərbçilərinin iştirakını iddia etsələr də, buna dair heç bir sübut təqdim edə bilməyiblər.

Bizimlə qarşı-qarşıya döyüşlərdə uduzduqlarını görən ermənilər dinc sakinlərin yaşadığı Azərbaycan şəhərlərini raket atəşinə tutublar. Onlarla mülki əhalini öldürüblər. Bu baş verənlər mənə uşaqlıqda yaşadığım dəhşətləri xatırladırdı. İndi bütün məcburi köçkünlər doğma yurd-yuvalarına qayıtmaq həsrətilə yaşayır. Bunun dəqiq nə vaxt baş verəcəyini isə hələ ki bilmirik”, - deyə A.Usubov bildirib.

Onun sözlərinə görə, məcburi köçkünlərin bir çoxu torpaqlarımızın azad olunacağı günü görmək arzusu ilə vəfat edib. Lakin onun ən böyük xoşbəxtliyi məhz bu günləri gözlərilə görməkdir. Belə ki, bu xoşbəxtlik heç də hər kəsə nəsib olmayıb.

“Bu günləri gördüyüm üçün özümü bəxtəvər hesab edirəm. Lakin bir daha müharibənin olmaması üçün əlimdən gələni edəcəyəm. Əgər bölgədə yenidən qarşıdurma baş verərsə, bunun sonu olmayacaq. Düşünürəm ki, biz hamımız yeni savaşın qarşısını almaq üçün bütün gücümüzü səfərbər etməliyik”, - deyə keçmiş Xocalı sakini qeyd edib.

Daha ətraflı Baku TV-nin təqdim etdiyi videomaterialda:

Son xəbərlər

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Azərbaycan Prezidenti monqolustanlı həmkarını təbrik edib

İranın hücumları qəbuledilməzdir - Kallas

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

Milli Məclis bir sıra qanunlara təklif edilən dəyişiklikləri təsdiqləyib

Makronun prezidentlikdən sonrakı planı açıqlandı

ABŞ və İsrailin İranda bir məqsədi var - Netanyahu

Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir

Ərdoğan sakitləşməlidir - Netanyahu

Belə davam etsə, İran mövcud olmayacaq - Tramp

Rusiya Ermənistanı bu cür mühakimə edəcək

Putini nüvə zərbəsinə keçməyə çağırdılar

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Abadlaşan Suraxanı

Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - FOTO

Maqdalena Qrono Azərbaycana gəlir

Tramp da onun istefaya gedəcəyini söylədi

"Brent" markalı neft BAHALAŞDI

Bütün xəbərlər