Kanadanın Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbində növbəti dərsi “Xocalını unutmadıq!” mövzusuna həsr olunub.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan dərsdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin təsisçisi və rəhbəri Vüsalə Əhmədova şagirdlərə Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib və erməni silahlı qüvvələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyilə dinc azərbaycanlılara, eləcə də uşaqlara və körpələrə qarşı insanlığa sığmayan dəhşətli cinayət törətdiklərini nəzərə çatdırıb.
Qeyd edib ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyindən indiyədək xəbər yoxdur.
Sonra şagirdlər Xocalı soyqırımına həsr olunmuş “Can Xocalı” şeirini səsləndirib və çəkdikləri rəsmləri nümayiş etdiriblər.
Qeyd edək ki, Kanadanın Ottava şəhərindəki “Qarabağ” Azərbaycan dili məktəbində şəhər və ətraf bölgələrdə yaşayan azərbaycanlı ailələrin uşaqlarına doğma dilimiz tədris edilir.![]()
![]()
![]()
Mədəniyyət
Ottava şəhərindəki “Qarabağ” Azərbaycan dili məktəbində Xocalı soyqırımından danışılıb - FOTO
Hadisə
Moskvanın bütün hava limanları bağlandı
Son xəbərlər
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
Siyasət
Zelenski: Rusiya bir həftədə Ukraynaya 1 600 bomba və 48 raket atıb
Son xəbərlər
Fransada genişmiqyaslı iğtişaşlar: 1 300-dən çox saxlanılan və 53 yaralı polis var
Siyasət
Pedro Sançes: İnflyasiyanın əsas səbəbi İrandakı müharibədir
İqtisadiyyat
Avropaya tədarükdən heç vaxt imtina etməmişik - Putin
Hadisə
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Son xəbərlər
Sabah hava meteohəssas insanlara necə təsir edəcək?
Tarix
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Siyasət
Müharibə bütün cəbhələrdə sona çatmalıdır, yoxsa... - Arakçı
Müsahibə
Tramp riyazi bacarıqları ilə öyündü: "Mənə lazımi qiymət verilmir"
İdman
Canni İnfantino İlham Əliyevə təşəkkür etdi
Tarix
Bakıda tarixi bina təmir olunacaq - 2,8 milyon ayrıldı
Hadisə
Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
Müsahibə