Türkiyə Qara dənizin cənub-şərq şelfinin hesabına neft və qaz kəşfiyyatı sahələrini genişləndirmək niyyətindədir.
Bu açıqlama ilə Türkiyənin energetika naziri Fatih Dönməz çıxış edib.
“2023-cü ilin sonuna qədər həm Ordu vilayətinin şelfində, həm də Rizədəki şelfdə kəşfiyyat qazma işləri aparacağıq. Ordudan təbii qaz, Rizədən isə neft tapacağımızı ehtimal edirik”, - deyə türkiyəli nazir bildirib.
Məlumat üçün bildirək ki, hər iki vilayət Türkiyənin şimal-şərqində, Qara dəniz sahilində yerləşir.
Bundan əlavə Dönməz Türkiyənin cənub-şərqində tapılan neftin yüksəkkeyfiyyətli olduğunu bildirib.
Fatih Dönməz, həmçinin Esma-Çevik yatağından çıxarılan neftin “Brent” neftinə bənzəyən son dərəcə yüksək keyfiyyətə malik maye olduğunu vurğulayıb.
“Keçən il orada gündəlik hasilatımız 80 min barelə bərabər idi və biz onu hazırda 100 min barelə çatdırmağı düşünürük”, - deyə Fatih Dönməz əlavə edib.
Fatih Dönməz, həmçinin əlavə edib ki, qısa müddətdə onlarla yeni quyunun açılması və ümumi neft hasilatının sutkada 200 min barelə çatdırılması planlaşdırılır ki, bu da daxili istehlakın 22 faizini əhatə edəcək.
Bununla belə, F.Dönməz etiraf edib ki, dağlıq ərazilərdə qazma işləri aparmaq kifayət qədər çətindir və bunun üçün bahalı texnika və infrastrukturun hazırlanması tələb olunur.
Mənbə: Star
İqtisadiyyat
Türkiyəli nazir: “Ölkənin cənub-şərqində yüksəkkeyfiyyətli neft aşkar etmişik
Hadisə
Moskvanın bütün hava limanları bağlandı
Son xəbərlər
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
Siyasət
Zelenski: Rusiya bir həftədə Ukraynaya 1 600 bomba və 48 raket atıb
Son xəbərlər
Fransada genişmiqyaslı iğtişaşlar: 1 300-dən çox saxlanılan və 53 yaralı polis var
Siyasət
Pedro Sançes: İnflyasiyanın əsas səbəbi İrandakı müharibədir
İqtisadiyyat
Avropaya tədarükdən heç vaxt imtina etməmişik - Putin
Hadisə
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Son xəbərlər
Sabah hava meteohəssas insanlara necə təsir edəcək?
Tarix
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Siyasət
Müharibə bütün cəbhələrdə sona çatmalıdır, yoxsa... - Arakçı
Müsahibə
Tramp riyazi bacarıqları ilə öyündü: "Mənə lazımi qiymət verilmir"
İdman
Canni İnfantino İlham Əliyevə təşəkkür etdi
Tarix
Bakıda tarixi bina təmir olunacaq - 2,8 milyon ayrıldı
Hadisə
Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
Müsahibə