“Azərbaycansız Avropa ilə Asiya arasında əməkdaşlıq olmayacaq”.
Bu barədə “Trend”ə polşalı politoloq və jurnalist, siyasi elmlər namizədi Yakub Koreyba deyib.
Onun sözlərinə görə, Azərbaycanın Avrasiya üçün oynadığı rolu anlamaq, xüsusən Avropa ilə Asiya arasında mühüm dəhlizlərin, əsas əlaqə yollarının bağlı olduğu və bunun nə qədər davam edəcəyinin məlum olmadığı böhran vaxtında Azərbaycansız Avropa ilə Asiya arasında əməkdaşlığın olmayacağını dərk etmək çox vacibdir.
“Məsələn, bu qış bizi Polşada Azərbaycan qazı xilas etdi. Bir çox digər Avropa ölkəsi kimi biz də enerji sistemimizi yenidən qurmaq, yeni neft, qaz, kömür, elektrik enerjisi tədarükçüləri axtarmaq məcburiyyətində qaldıq və onları, o cümlədən Azərbaycanda tapdıq”, - deyə Koreyba söyləyib.
O qeyd edib ki, Azərbaycan təkcə Avropa ilə əməkdaşlığa hazır deyil, həm də Asiya ilə əməkdaşlıqda maraqlıdır.
“Biz başa düşürük ki, Avrasiyanın gələcəyi Azərbaycandan asılıdır və Azərbaycan öz növbəsində Avropa ilə Asiya arasında əməkdaşlığı təşviq etmək istəyir və bunu edə bilər”, - deyə politoloq vurğulayıb.
Qeyd edək ki, Yakub Koreyba 2-4 may tarixlərində Bakıda və Şuşada keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın iştirakçısıdır. Konfransda 30-dan çox ölkədən 60-dək nümayəndə iştirak edir.
İqtisadiyyat
Yakub Koreyba: “Azərbaycan olmadan Avropa ilə Asiya arasında əməkdaşlıq mümkün deyil”
Bölgə
İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
Bölgə
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
Siyasət
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - Foto
İqtisadiyyat
Vergi borclarına görə hesablanan faizlər iki dəfə azaldıla bilər
Siyasət
ABŞ-nin İranla bağlı planları: Tramp administrasiyası nə qərar verəcək?
İqtisadiyyat
Neft yenə kəskin bahalaşdı
Son xəbərlər
Bank iflas etdiyi üçün ölkə prezidenti istefa verdi
Tarix
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət
Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər
Siyasət
İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...
Hadisə
DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri saxladı
Texnologiya
Prezident qanun imzaladı
İqtisadiyyat
Azərbaycanda saatlıq əmək haqqı sistemi tətbiq ediləcək
Siyasət
Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan
Tarix