Türkiyənin Qara dənizdə yeni kəşf edilmiş qaz yatağı ölkənin yerli təbii qaz istifadəsinin təxminən 30 illik tələbatını təmin edə bilər.
Bunu “Report”a verdiyi açıqlamasında Dünya Enerji Şurası Türk Milli Komitəsinin enerji diplomatiyası üzrə işçi qrupunun sədri, Türkiyənin Ortadoğu Texniki Universitetinin professoru Oktay Tanrısevər bildirib.
Onun sözlərinə görə, Türkiyənin Qara dənizdə qaz kəşfiyyatı hazırda 710 milyard kubmetr təşkil edir:
“Bu həcmin bütün istehlakçılar tərəfindən istifadəsi, sənaye sahələri də daxil olmaqla, ölkənin ümumi qaz istehlakının 1/4-ni təmin edəcək. Amma bununla belə, Türkiyə başda Azərbaycan olmaqla, digər təchizatçı dövlətlərdən də qaz almağı davam edəcək”.
O.Tanrısevər, bu yatağın kəşfindən sonra da Türkiyənin idxal etdiyi qazın həcminin azalacağını düşünmür. Əksinə bildirir ki, Türkiyənin Avropaya qaz qovşağı yaratmaq və qaz satışı mərkəzi olması müzakirə predmeti olarsa, təbii qaz idxalı zamanla daha da arta bilər:
“Qara dəniz qazı ilk növbədə təbii qaz təchizatının təhlükəsizliyi ilə bağlıdır və müxtəlif səbəblərə görə yarana biləcək ehtiyacları da asanlıqla aktivləşdirə bilən alternativ olacaq. Bu yanacaq hesabına Türkiyə baş verə biləcək fiziki və iqtisadi dalğalanmalara asanlıqla dözə biləcək, enerji təhlükəsizliyini artıracaq”.
Yeri gəlmişkən, Türkiyənin Qara dəniz qazının istehlakına başlanıldıqdan sonra hər ev üçün 25 kubmetrinin ödənişi dövlət tərəfindən qarşılanacaq. Bununla da Türkiyə dövləti hər evin 130 lirəlik təbii qaz ehtiyacını qarşılayacaq.
Xatırladaq ki, TPAO şirkətinin prezidenti Melih Han Bilginin fikrincə, Türkiyə Qara dənizdəki Sakarya qaz yatağı sayəsində ilin sonuna qədər tədarükdən asılılığını 15% azaltmağı planlaşdırır:
“Birinci mərhələdə “Sakarya” yatağı idxal qazından asılılığı 15% azaldacaq, bu, ilin sonuna qədər baş verəcək. Sonra ikinci mərhələ ilə bu asılılıq 35% azalacaq”.
İqtisadiyyat
Ekspert: “Türkiyənin kəşf etdiyi qaz yatağı 30 illik tələbatı təmin edə bilər”
Siyasət
Tarix yazırıq, Ukraynanı da müzakirə edəcəyik
Müsahibə
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Son xəbərlər
Azad olunan bu kəndlərə köç karvanları yola salındı
Siyasət
Rəsmi Bakıdan Fransaya etiraz: "Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin"
Siyasət
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
Siyasət
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
Siyasət
Almaniyanın xarici işlər naziri Ermənistana gedib
Son xəbərlər
Dövlət qulluğu imtahanlarında dəyişiklik: İki fənn ləğv edilir, yenisi əlavə olunur
Siyasət
Tramp Çində səfərdədir
İqtisadiyyat
Azərbaycanda bu rüsum ləğv edilir
Siyasət
Şimali Koreya hakimiyyəti Trampın məktublarını qəbul etməyib
Siyasət
Ukrayna üçün 10 milyard ayrılıb - Rutte
Son xəbərlər
İlham Əliyev fərman imzaladı
İqtisadiyyat
Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı
Texnologiya