“Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatı təəssüf doğurmaqla yanaşı, İkinci Qarabağ Savaşından sonra regionda dayanıqlı sülh və geniş əməkdaşlıq üçün yaranmış imkanları məhdudlaşdırır”.
Bu sözləri millət vəkili Vüqar Bayramov öz “Facebook” hesabında yazıb.
O bildirib ki, qərbin regionda əsas iqtisadi və siyasi mütəffiqlərindən hesab olunan Türkiyə ilə Birləşmiş Ştatlar münasibətlərinin daha çətin mərhələyə qədəm qoyacağı gözlənilir.
“ABŞ-ın Türkiyə ilə xarici ticarət dövriyyəsi 2019-cu ildə 26.8 milyard dollar olub. Bunun 14.2 milyard dolları Birləşmiş Ştatlardan, 12.6 milyard dolları isə Türkiyədən ixrac kimi qeydə alınıb. ABŞ ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi 791.8 milyon dollardır. Ermənistanın ABŞ ilə ticarət dövriyyəsi isə 2020-ci ildə cəmi 152 milyon dollar olub”.
Millət vəkili həm də qeyd edib ki, göründüyü kimi, Ermənistan regionda ABŞ üçün ciddi iqtisadi və ticari tərəfdaş hesab olunmur.
“ABŞ-ın Ermənistan ilə ticarət dövriyyəsi Türkiyə ilə olan dövriyyəsi ilə müqayisədə 176, Azərbaycan ilə nisbətdə 5 dəfə azdır. Bununla yanaşı, Cozef Baydenin bəyanatı ABŞ Türkiyə arasındakı ticarət dövriyyəsinin və qarşılıqlı sərmayə qoyuluşlarının azalmasına səbəb olacağı gözlənilir”.
İqtisadiyyat
Vüqar Bayramov: “Ermənistan regionda ABŞ üçün ciddi iqtisadi və ticari tərəfdaş hesab olunmur”
Siyasət
Zelenski: Əbu-Dabidə Ukrayna-ABŞ-Rusiya danışıqları konstruktiv olub
İqtisadiyyat
ABŞ-a rus dizeli daşıyan sonuncu tanker də geri qayıtdı
Son xəbərlər
Lukaşenko Rusiyaya getdi: Putinlə görüş...
Siyasət
Paşinyan Parisdə Makronla görüşdü
İqtisadiyyat
Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Müsahibə
Papuaşvili: Gürcüstanla Azərbaycan bir sıra Aİ ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır
Siyasət
Trampın Rusiyaya qarşı mövqeyi Baydendən fərqlənir - Lavrov
Hadisə
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Siyasət
Müharibənin bitməsinin açarı... - Rubio
Texnologiya
Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır
Siyasət
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
Tarix
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Siyasət
İranın 38 körpüsünü bir saat içində dağıda bilərik - Tramp
Siyasət
İlham Əliyev Kamboca Kralını təbrik etdi
İqtisadiyyat