“Baku Fires” cavab qarşılaşmasında meksikalıları məğlub etdi
Lakin bu qələbə növbəti mərhələ üçün kifayət etmədi.
Mayın 7-də Quba Olimpiya İdman Kompleksində “Baku Fires” komandası ilə “Mexico Guerreros” klubu arasında keçirilən Dünya Boks Seriyası (WSB) liqasının ikinci dörddəbir final qarşılaşması təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Həlledici görüşün ilk döyüşündə Murad Rabadanov (52 kq, “Baku Fires”) Orlando Ahuatl Huitzillə (“Mexico Guerreros”) qarşılaşmada qələbə qazanıb. Növbəti iki döyüşdə isə Nəsrəddin Məmmədov (60 kq) Delqado Garza Lindolfoda, Orxan Xasməmmədov (69 kq) isə Reyes Anguiano Hektor Andresə məğlub olub. Mixail Dauqalivetsin (81 kq) Mina Kaisedo Karlos Andres üzərində qələbəsi sayəsində hesab bərabərləşib. Qarşılaşmanın son döyüşündə isə Hacı Murtuzəliyev (+91 kq) Ramirez Vargas Edgar Alberto ilə üz-üzə gəlib. “Baku Fires” təmsilçisi bu döyüşdə rəqibini məğlub edərək komandamızın qələbəsini rəsmiləşdirib.
Amma “Baku Fires” komandası ilə “Mexico Guerreros” klubu arasında mayın 6-da keçirilən Dünya Boks Seriyası (WSB) liqasının ilk dörddəbir final qarşılaşmasında meksikalılar daha böyük hesabla (4:1) qalib gəldiyindən yarımfinala meksikalılar vəsiqə qazanıb. “Mexico Guerreros” yarımfinalda liqanın son çempionu “Cuba Domaderos”la üz-üzə gələcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay