“Bavariya” 3 xalı 4 qolla qazandı
Almaniya Bundesliqasında XIX turun daha altı oyunu keçirilib.
Turun ikinci oyun günündə lider “Bavariya” növbəti qələbə ilə ilk pillədəki yerini möhkəmlədib.
Münhenlilər “Hoffenhaym”ı 4:1 hesabı ilə darmadağın edib.
Liderin izləyicilərinin qarşılaşması “Leypsiq”in “Bayer” üzərindəki qələbəsi ilə yekunlaşıb.
“Ayntraxt” isə paytaxt təmsilçisi “Herta” üzərində qələbə qazanıb.
Dortmund “Borussiya”sı evdə “Auqsburq”a qalib gəlib.
Digər iki görüşdə heç-heçə qeydə alınıb. “Verder” “Şalke” ilə matçda xal itirib. Mönhenqladbax “Borussiya”sı “Union”la sülhə imza atıb.
Almaniya Bundesliqası
XIX tur
30 yanvar
“Bavariya” – “Hoffenhaym” – 4:1
Qollar: Boatenq, 31, Müller, 43, Levandovski, 57, Qnabri, 63 – Kramariç, 44
“Borussiya” D – “Auqsburq” – 3:1
Qollar: Delani, 26, Sanço, 63, Uduokay, 75 (avtoqol) – Han, 10
“Ayntraxt” – “Herta” – 3:1
Qollar: Silva, 57, 90+5 (pen.), Hintereqqer, 85 – Pyatek, 66
“Union” – “Borussiya” M – 1:1
Qollar: Knoxe, 31 – Plea, 59
“Verder” – “Şalke” – 1:1
Qollar: Mohvald, 77 – Maskarel, 38
“Leypsiq” – “Bayer” – 1:0
Qol: Nkunku, 51
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay