İdman
21.08.2020, 02:36
“Yuventus”un futbolçusundan səxavətli davranış
Sevgilisi ilə birgə Türkiyənin turizm şəhəri Bodrumda istirahət edən “Yuventus”un yarımmüdafiəçisi Duqlas Kosta səxavəti ilə diqqət mərkəzinə düşüb.
“Sondakika” xəbər verir ki, Nataliya Felikslə türk mətbəxinin təamları ilə tanış olan braziliyalı futbolçu yeməyin hesabını ödəyəndən sonra restoranda onlara qulluq edən ofisianta 1200 lirə (279 manat) bəxşiş verib.
Qeyd edək ki, 29 yaşlı D.Kosta gördüyü xeyriyyə işləri ilə tez-tez gündəmə gəlir.
Futbolçu koronavirus pandemiyası ilə əlaqədar Braziliyada ehtiyacı olan insanlara mütəmadi olaraq ərzaq yardımı göndərir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay