Xəqani Qasımovun monoloqu
İstəmərəm adımı çağırsınlar Xəqani Mən Əhmədabad icra nümayəndəsi Xəqaniyəm Xəqani A qardaşlar nə qədərki fermer işləyirdim işlərim yağ kimi gedirdi. Özümçün yaşıyırdım dənə . Sabirabadın Qaratəpə kəndində o vaxtlar çıqqılı saliyarka doldurma məntəqəm vardır. Satıb pul qırırdım bəy kimi dolanirdim. Qardaşım baş memar Müşviqə nə deyim məni darta- darta gətirib qoydurdu Sabirabad RİH başçısının Əhmədabad kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi. Elə bundan sonra qara günlərim başladı. İsa Əlləzov köhnə tanınmış bələdiyyə sədri olduğu yerdə baş çıxarmaq olar ? ( Keçmiş kolxoz sədirlərindəndir.) Torpaq vergi rüsumunun yığılması, satılması İsada. Kişi qaz vurub qazan doldurur üstəlik də deyirki bezmişəm. Ancaq yeni bələdiyyə seçkisinə hazırlaşaraq marığa dayanıb. Qardaşım baş memar Müşviq xan bəy kimi dolanir. Özünə futbol stadionun yanında təmtəraqlı villa tikdirib mən bilmirəm ama danışırlar ki cibində xeyli bank kartları gəzdirir. Kartın yiyələrinin gözündən iraq olsun. Hələ onu böyük qardaş kimi danlamişamki heç kim başqasının bank kartının kodunu bilməməlidir. Gözü çıxmış binəva əli qabarlı fəhlələr birdən yeni təyin olunmuş Başçıya xəbər verərlər. Ha ha şiş şiş birdən qulaq asan olar ha Sabirabad şəhəri İlham İsgəndərov küçəsi 5- nömrəli binanın sakinləri şikayət edib deyirlərki binanın cəmiyyətin gördüyü hissəsində köhnə pəncərələr plastik pəncərələrlə əvəz olunub. Görünməyən hissəsindəki nuh əyamından qalmış pəncərələr yeniləşdirilməmişdir. Uşaqlar üçün binanın həyətindəki şəhərciyin salınması binəva qardaşım baş memar Müşviqin yadından çıxıb qalmışdır. Ağzı göyçəklər deyirki Baş memar Müşviq ora ayrılmış vəsaitləri mənimsəyib. Belə getsə qardaşım özünü memar Əcəmiyə "bənzətmək istəyəcək " ... Monoloqu pusdular və izlədilər Loğman Əliyev Yaşar Hüseyinov
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay