“Silk Way West Airlines” aviaşirkəti donanmasını genişləndirmək məqsədilə “Boeing” şirkəti ilə alqı-satqı razılaşması imzalayıb. Razılaşma 28 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Rəşad Nəbiyev, “Silk Way Group” şirkətlər qrupunun prezidenti Zaur Axundov, Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Örl D. Litzenberger və “Boeing” Kommersiya Təyyarələrinin prezidenti və baş icraçı direktoru Sten Dilin iştirakı ilə Bakıda keçirilmiş mərasimdə imzalanıb. Bu yatırım “Silk Way West Airlines” şirkətinin yükdaşımalar üzrə artan tələbatın qarşılanması məqsədilə beynəlxalq hava şəbəkəsini genişləndirməsi istiqamətində atdığı növbəti addım çərçivəsində baş tutub.

Razılaşmaya əsasən, “Silk Way West Airlines” şirkəti 2023-2027-ci illərdə beş ən müasir “Boeing 777F” yük təyyarəsini almağı planlaşdırır.

Qeyd edək ki, “Boeing 777F” yük təyyarələrinin sifarişi Xəzər dənizi və Mərkəzi Asiya regionunda bir ilkdir. “Boeing 777F” hazırda bazarda olan ən böyük ikimühərrikli yük təyyarəsidir. 9200 km uçuş məsafəsi olan təyyarənin maksimal yük götürmə qabiliyyəti 102 000 kq təşkil edir. Dünyanın ən effektiv və ətraf mühitin qorunması baxımından münasib təyyarəsi olmasını nəzərə alaraq, yeni hava gəmiləri “Silk Way West Airlines” donanmasının dayanıqlılıq hədəflərinə töhfə verməklə yanaşı, həmçinin xidmət və əməliyyat xərcləri baxımından xüsusilə sərfəli bir seçimdir.

“Dünyanın aparıcı təyyarə istehsalçısı olan “Boeing” ilə Azərbaycanın tanınan hava yolu yükdaşıma şirkəti “Silk Way West Airlines” arasında müqavilənin imzalanmasını alqışlayırıq.

Azərbaycanda vahid nəqliyyat sistemi yaradılır və hava yolu nəqliyyatı burada önəmli rol oynayır. İnanıram ki, bu müqavilə regional nəqliyyat qovşağı və beynəlxalq ticarət və kommersiya əlaqələrində etibarlı hava yolu tərəfdaşı kimi Azərbaycanın mövqeyini möhkəmləndirəcəkdir”, - deyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri cənab Rəşad Nəbiyev qeyd edib.

“Bu razılaşmanın imzalanması şirkətimizin inkişafı istiqamətində atılan növbəti bir addımdır.

Əminəm ki, yeni təyyarələrin alınması və bu layihənin həyata keçirilməsi önümüzdəki 15-20 il ərzində şirkətimizin qlobal hava yolu ilə yükdaşıma bazarındakı aparıcı mövqelərini daha da gücləndirəcəkdir”, - deyə “Silk Way Group” şirkətlər qrupunun prezidenti Zaur Axundov bəyan edib.

Öz növbəsində, “Boeing” Kommersiya Təyyarələrinin prezidenti və baş icraçı direktoru cənab Sten Dil qeyd edib ki, “Silk Way West Airlines” öz şəbəkəsinin coğrafi əhatəsini sürətlə genişləndirməkdədir. “Növbəti 20 il ərzində qlobal hava yolu yükdaşıma bazarının 60 %-dən daha çox artacağı gözlənilir və yeni sifariş şirkətin MDB məkanı, Avropa, Yaxın Şərq, Asiya və Şimali Amerikadakı ticarət və elektron kommersiya əməliyyatları üzrə tələbatlara cavab vermə imkanlarını möhkəmləndirəcəkdir. “Silk Way West Airlines” ilə olan tərəfdaşlığımızdan məmnunuq və bazardakı ən mütərəqqi effektivliyə və tutuma malik olan 777F təyyarəsini şirkətin 747F yük təyyarələrindən ibarət mövcud donanmasına təqdim etmək üçün səbrsizlənirik”.

Anlaşma “Silk Way West Airlines” şirkətinin qlobal yükdaşıma bazarındakı iddialarını genişləndirməsi üçün yeni bir zəmin yaradacaq, Xəzər dənizi regionunun aparıcı yükdaşıma şirkəti ilə dünyanın ən böyük aerokosmik şirkəti arasında artıq mövcud olan münasibətləri gücləndirəcəkdir.

2012-ci ildə İpək Yolunun qəlbi sayılan Bakıda əsası qoyulmuş “Silk Way West Airlines” 350 min tondan ibarət illik yük dövriyyəsi ilə Xəzər dənizi regionunun ən böyük hava yolu ilə yükdaşıma şirkətidir. Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviaşirkət ayda dünyanın 40 istiqaməti üzrə 350 müntəzəm uçuş həyata keçirir.

“Boeing” dünyanın ən böyük aerokosmik şirkətidir və kommersiya təyyarələri, müdafiə, kosmik və təhlükəsizlik sistemləri və qlobal xidmətlərin aparıcı tədarükçüsüdür. Əsas ABŞ ixracatçısı kimi şirkət 150-dən artıq ölkədə hökümət və kommersiya müştərilərini dəstəkləyir, qlobal təchizatçı bazasının istedadlarından yararlanır. Aerokosmik liderlik mirasının təməlini qoymuş Boeing texnologiya və innovasiyalarda öncüllük edir, onları müştərilərinə çatdırır, habelə insanlara və gələcək inkişafa sərmayə qoyur.
Donanmasını genişləndirən “Silk Way West Airlines” və “Boeing” arasında strateji razılaşma imzalanıb - FOTO
Donanmasını genişləndirən “Silk Way West Airlines” və “Boeing” arasında strateji razılaşma imzalanıb - FOTO

Son xəbərlər

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

Neft ardıcıl bahalaşmalardan sonra UCUZLAŞDI

ABŞ Konqresində süni intellekt böhranı: Nümayəndələr Palatası çətin vəziyyətdə qalıb

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

İspaniya qırıcısı Rumıniyada naməlum dronu vurub

Tramp jurnalistləri təhlükəyə atıb

Biz Ukraynaya uduzuruq, qalib gələ bilməyəcəyik - Klepaç

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu

Neftin qiyməti artdı

İsrail Livana zərbə endirdi: yaralılar var

Zelenski: "Rusiyanın neft emalı sənayesinə qarşı əməliyyat davam edir"

Azərbaycan müharibədə bizə kömək etdi - Pezeşkian

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Nikol Paşinyan İlham Əliyevə zəng edib

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Bütün xəbərlər