Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşı həbs edilib
Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb.
İstintaq zamanı məlum olub ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları düşmən tərəfə ötürüb, ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanmış və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək edib.
Aydın Zəkiyev məhkəmənin qərarı ilə həbs edilib.
Hazırda qeyd olunan cinayət əməllərinə dair cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Məlumatı DTX yayıb.
Son xəbərlər
Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşı həbs edilib
Son xəbərlər
Ukrayna “Drujba” neft kəmərini vurdu
Son xəbərlər
Kamran Əliyevdən yeni təyinatlar
Son xəbərlər
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
Son xəbərlər
Fransa hökuməti 2027-ci il büdcəsi ilə bağlı səsverməni təxirə salıb
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
Siyasət
Bu, Makronun nüfuzuna zərbədir - FT
Siyasət
Bu, Trampın tarixi səhvi olacaq - Zelenski
Müsahibə
Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar
Siyasət
ABŞ kəşfiyyat məlumatları mübadiləsini bərpa etdi
Son xəbərlər
İtaliyanın müdafiə naziri: Ukrayna heç vaxt Rusiyaya qalib gələ bilməyəcək
Siyasət
ABŞ olmasa, benzin üç dəfə baha olardı - Vens
Tarix
"Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
Tarix
Türkiyə XİN Azərbaycanı təbrik etdi
Son xəbərlər
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb
Müsahibə