Bu gün real faktlara əsaslanan tarixi filmlərin çəkilməsi çox vacibdir. Xüsusilə Azərbaycan ilə Türkiyənin kinematoqrafiya sahəsində birgə əməkdaşlığını xüsusi vurğulamaq olar.
Bu yaxınlarda Türkiyə prezident administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun bildirmişdi ki, Qafqaz İslam Ordusu, Xocalı qətliamı haqqında da film və serialların çəkilməsi ilə bağlı prezidentin tapşırığı var.
Bu istiqamətdə suallara cavab tapmaq üçün “Kurtlar Vadisi”, “Sen anlat Karadeniz”, “Sakarya Fırat” kimi məşhur filmlərin rejissoru Osman Sınav “ARB 24” televiziyasının efirində “Nə baş verir?” verilişində canlı bağlantıya qoşulub.
Osman Sınav deyib ki, tarixi film çəkmək, tarixi layihə ərsəyə gətirməyin bir səbəbi olmalıdır:
“Tarix tarixdir, amma tarixi film çəkməyin bir məqsədi, səbəbi olmalıdır. Səbəbi isə bu olmalıdır ki, tarixi film, tarixi layihə qarşımızdakı tarixi qorumağa hesablanmalıdır. Tarixi birlikdə və yenidən inşa etməliyik”.
Məşhur rejissor həmçinin deyib ki, Mübariz İbrahimov Azərbaycanın qəhrəmanlarından biridir:
“Uzun illər idi ki, Mübariz İbrahimovun filmini çəkmək istəyirdim. Amma bir hekayə yarada bilmədik, onun özəl həyatı ilə bağlı çox məlumat ala bilmədim. O, mənim üçün çox əhəmiyyətlidir. Xüsusilə Qarabağ məsələsində Mübariz Azərbaycanın çox vacib qəhrəmanlarından biridir”.
Osman Sınav çox yaxında Azərbaycana gələcəyini də vurğulayıb.
Mədəniyyət
“Kurtlar Vadisi”nin rejissoru: “Çoxdandır Mübariz İbrahimovun filmini çəkmək istəyirdim” – VİDEO
Tarix
İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi
Son xəbərlər
Sürücülərə xəbərdarlıq: Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Son xəbərlər
Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı
Siyasət
Peskov: "Rusiya məqsədinə güc yolu ilə nail olacaq"
Siyasət
Bayden Putindən yazdı: Yeniyetmə kimi laqeydlik edirdi
Son xəbərlər
Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - 16.11.2026
Tarix
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Müsahibə
Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı
Siyasət
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Siyasət
Körfəz ölkələri İrandan hücumlara görə kompensasiya tələb edib
Son xəbərlər
Kreml Avropanın danışıqlar qrupuna şərt qoyub?
Siyasət
ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski şərti açıqladı
Siyasət
Paşinyan: Ermənistan və Türkiyə münasibətlərin tam normallaşmasına yaxındır
Son xəbərlər
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Texnologiya