“Xəzər adaları” “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına keçdikdən sonra layihənin gələcək fəaliyyət istiqaməti və tələb olunan investisiyaların araşdırılmasına başlanılıb.
Məlumatda bildirilib ki, bununla yanaşı özəl investorların layihəyə cəlb olunması məqsədilə bir sıra xarici investorlarla danışıqlara başlanılıb və müzakirələr aparılıb.
“Layihə haqqında müəyyən məlumatlar investorlara təqdim olunub, lakin mövcud pandemiya şəraiti işlərin gedişatına müəyyən mənfi təsir göstərib. Belə ki, investorların Azərbaycana gələrək əraziyə yerində baxış keçirməsində pandemiya səbəbi ilə əlaqədar müəyyən çətinliklər yaranıb”.
Qeyd edilib ki, bu problemlər aradan qaldırıldıqdan sonra investorlarla danışıqlar davam etdiriləcək və görüşlər təşkil edilərək, əraziyə baxış keçiriləcək.
Əlavə olaraq bildirilib ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin davamı kimi, Təhvil-Təslim Komissiyasının 10 aprel 2019-cu il tarixli 21 saylı qərarı ilə “Avesta Konserni” MMC-yə məxsus olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində 500 hektar torpaq sahəsinin istifadə hüququ və onun üzərində yerləşən inşası başa çatmamış tikililər (“Yeni şəhər” kompleksi) “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib.
Xatırladaq ki, “Xəzər adaları” hazırda tikintisi ləğv edilib, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət və 3 min hektar sahəni əhatə edəcək süni arxipelaq şəhəri kimi nəzərdə tutulub.
Layihə “Avesta” şirkətinin təşəbbüsü nəticəsində ortaya qoyulub. Dəyəri 100 milyard dolları təşkil edirdi. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılırdı. Eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və “Azerbaijan Tower”ın (Azərbaycan qülləsi) tikilməsi nəzərdə tutulurdu. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilirdi.![]()
![]()
![]()

İqtisadiyyat
Azərbaycanın meqalayihəsi hesab olunan “Xəzər adaları” ilə bağlı RƏSMİ AÇIQLAMA
Son xəbərlər
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
Siyasət
Bolqarıstanda prezident seçkilərinin ikinci turu başlayıb
Tarix
İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi
Siyasət
İran Britaniyanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrini terrorçu təşkilat elan etdi
Siyasət
Dövlət Baxçalı Azərbaycana dəvət olundu
Siyasət
Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olundu
Siyasət
Türkiyə bizə bu təklifi çatdırdı - Rubio
Son xəbərlər
Almaniyanın 30-dan çox şəhərində gənclərin etirazları başlayıb
Hadisə
Rusiya Ukrayna üçün yük daşıyan gəmini vurdu
İdman
Hər kəs Bakıda buna aşiq oldu - Venger
İqtisadiyyat
Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək
Son xəbərlər
İordaniya Suriyadan ölkəyə keçməyə çalışan silahlı qrupun qarşısını alıb
Siyasət
Yunan general Türkiyəni hədələdi: "Ehtiyac yaranarsa, yerindəcə cavab verəcəyik"
Müsahibə
Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu
Hadisə