DataLife Engine / Azərbaycanda icra başçısının müavinini maşın vurdu

Azərbaycanda icra başçısının müavinini maşın vurdu

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavinini avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub.


V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
10-08-2020, 03:17
Вернуться назад