“Aprelin 24-də ABŞ Prezidenti Co Bayden öz çıxışında coğrafiyamızda bir əsr öncə yaşanan faciəli hadisələrlə əlaqədar əsassız, haqsız, həqiqətlərə uyğun olmayan ifadələrə yol verib. Heç bir tarixi və hüquqi əsası olmayan bu ifadələr millətimizin hər bir fərdi kimi bizi də təəssüfləndirdi”.
“Haber Global” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra açıqlamasında bildirib.
R.T.Ərdoğanın sözlərinə görə, o, Co Baydenin radikal erməni dairələrinin təzyiqi ilə belə bir ifadə işlətdiyini düşünür:
“Bu vəziyyət ortaya çıxan mənzərənin iki ölkə arasındakı narazılığı aradan qaldırmayacaq. Türkiyə olaraq, tarixdə olan faciələrin müqayisə olunmasını humanist hal hesab etmirik, amma əgər belə bir yarış keçiriləcəksə, biz alnıaçıq, üzüağ çıxacağımıza əminik. Çünki heç bir yerdə ermənilərə aid toplu məzara rast gələ bilməzsiniz, amma türklərə aid çox sayda toplu məzarlar var. ABŞ və Avropa başda olmaqla bizə qarşı soyqırımı ittihamı yönəldənlərin hər birinin tarixində bu utancverici qətliamlar yer alıb”.
“Osmanlının Balkanlardan və Zaqafqaziyaya uzanan əhalisinin yarıya qədəri ölüm, yarısı sürgün acısı yaşayıb. Üstəlik, biz bunu demirik. Qərbli tarixçilər deyir”, - Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, erməni terror şəbəkələrini dəstəkləyən qüvvələr öz tarixlərindəki rüsvayçılığı ört-basdır etmək istəyirlər:
“Biz yenə də əvvəlki fikrimizdəyik. Tarixdəki hadisələrin araşdırılması və həqiqətlərin ortaya çıxarılması tarixçilərə həvalə edilməlidir, siyasətçilərə yox. İllərdir ortaq tarixi komissiya qurulması təklifimizə bir cavab ala bilmədik. Biz özümüzə bu qədər güvənərkən qarşı tərəfin iddiaçı olmağına rəğmən hələ də məsələni siyasi arenaya daşıması əslində onların niyyətlərini açıq göstərir”.
Türkiyə Prezidenti ABŞ Prezidentinin yanlış addımdan geri dönməsinə ümid etdiyini də əlavə edib.
Bölgə
Ərdoğan: “Tarixdəki hadisələrin araşdırılması tarixçilərə həvalə edilməlidir, siyasətçilərə yox” - VİDEO
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
Siyasət
Bu, Makronun nüfuzuna zərbədir - FT
Siyasət
Bu, Trampın tarixi səhvi olacaq - Zelenski
Müsahibə
Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar
Siyasət
ABŞ kəşfiyyat məlumatları mübadiləsini bərpa etdi
Son xəbərlər
İtaliyanın müdafiə naziri: Ukrayna heç vaxt Rusiyaya qalib gələ bilməyəcək
Siyasət
ABŞ olmasa, benzin üç dəfə baha olardı - Vens
Tarix
"Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
Tarix
Türkiyə XİN Azərbaycanı təbrik etdi
Son xəbərlər
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb
Müsahibə
Bu tarixdə prezidentlik dövrüm başa çatacaq - Sisi
İqtisadiyyat
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb
İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı: Son qiymət
İqtisadiyyat
Azərbaycanda yük daşımaları 3% artıb
Siyasət