Texnologiya - İnterxəbər.Az
Qara dənizdə NATO kəşfiyyat təyyarələri...
NATO-ya məxsus iki kəşfiyyat təyyarəsi Qara dənizin neytral suları üzərində müşahidə edilib.
Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Qara dəniz üzərində “Bombardier ARTEMIS II” və “Beech King Air 350ER” təyyarələri uçuşlar həyata keçirir.
Süni intellekt naziri vəzifəsindən etdi: Cənubi Koreyada qalmaqal
Cənubi Koreya Prezidenti Li Çje Myon təhsil naziri Çxve Qyo Çjinin istefasını qəbul edib. Buna səbəb hakimiyyətin dövlət imtahanlarında süni intellekt vasitəsilə köçürmənin qarşısını almaq üçün müvafiq sistemi vaxtında hazırlaya bilməməsi ilə bağlı yaranan ictimai narazılıq olub.
İnterxəbər Oxu.Az-a istinadən xəbər verir ki, Prezident Li Çje Myon Baş nazir Han Son Suka imtahanlarda ədalətli qiymətləndirmənin təmin olunması üçün tədbirlər hazırlamağı tapşırıb.
Daha əvvəl təhsil naziri Çxve Qyo Çjin açıqlamasında hakimiyyətin imtahanlar zamanı süni intellektdən istifadə ehtimalına qarşı əvvəlcədən lazımi hazırlıq görə bilmədiyini etiraf edib. O bildirib ki, imtahan prosedurlarına son anda edilən dəyişikliklər iştirakçılar arasında narahatlıq və çaşqınlıq yarada bilərdi.
Noyabrın 19-da Cənubi Koreyada məktəb məzunları üçün vahid dövlət imtahanı keçirilib. Bu il ölkə ictimaiyyətində imtahan zamanı süni intellektdən geniş istifadə olunması ehtimalı və belə halların qarşısını almaq üçün görülən tədbirlərin yetərsizliyi ciddi narahatlıq doğurub.
Noyabrın 15-də vergi məsləhətçiləri üçün keçirilən attestasiya imtahanında ən yüksək nəticə göstərən iştirakçılardan biri gizli kameradan və süni intellektdən istifadə etdiyini etiraf edib.
Cənubi Koreya hökuməti imtahanlarda süni intellekt vasitəsilə köçürmənin qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirib. Təşkilatçılar şagirdlərin eynəklərini yoxlayıb, geyimlərindəki düymələri isə gizli kameraların və "ağıllı" eynəklərin istifadəsinin qarşısını almaq məqsədilə möhürləyiblər.
İmtahan zalına smartfon keçirən şəxsləri müəyyənləşdirmək üçün mobil telefonlara kütləvi xəbərdarlıq bildirişləri göndərilib. Adətən böyük təbii fəlakətlər zamanı istifadə olunan bu xəbərdarlıq sistemi telefon səssiz rejimdə olsa belə, cihaz açıq olduğu halda səs siqnalı verir.
Bu üsulla göndərilən üç bildiriş nəticəsində 54 qayda pozuntusu aşkarlanıb.
Ümumilikdə, elektron cihazlardan istifadə etməklə köçürməyə 111 cəhd qeydə alınıb. Müqayisə üçün bildirək ki, 2025-ci ildə bu göstərici 98 olub.
İran Fransadakı kiberhücuma görə İsraili ittiham etdi
<content:encoded><![CDATA[İranın "Tasnim" agentliyi Fransada supermarketlərin soyuducu avadanlıqlarına qarşı həyata keçirilən kiberhücumun arxasında İsrailin dayandığını iddia edib.
"Soyuduculara və soyuducu anbarlara qarşı kiberhücum hadisəsini xüsusi olaraq araşdıran texniki qrup mühüm məlumatlar əldə edib. Bu məlumatlar hadisənin arxasında, ehtimal ki, İsrailin dayandığını göstərir. İsrail eyni zamanda media kampaniyası vasitəsilə günahı İranın üzərinə atmağa çalışır", - deyə agentlik qeyd edib.
"Tasnim"in məlumatına görə, hücuma Danimarkanın "Danfoss" şirkətinin köhnəlmiş kontrollerləri məruz qalıb. Bu avadanlıqlar təhlükəsizlik yeniləmələri almır və birbaşa internetə qoşulub. Onların əksəriyyətində administrator parolunu cari tarix əsasında müəyyən etmək mümkün olub.
Agentlik iddia edir ki, avadanlıqlardakı məlum təhlükəsizlik boşluqları dövlət strukturlarının iştirakı olmadan da genişmiqyaslı hücuma imkan verib. Bu boşluqlardan birlikdə istifadə üsulu daha əvvəl İsrailin kibertəhlükəsizlik şirkəti "Claroty" tərəfindən açıq şəkildə nümayiş etdirilib.
"Tasnim" hadisədən əvvəl "Claroty"nin Fransa kibertəhlükəsizlik qurumlarını bu problem barədə niyə xəbərdar etmədiyini də sual edib.
Qeyd edək ki, noyabrın 9-da Fransa oktyabr ayında supermarketlərin soyuducu avadanlıqlarına qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumda İranı ittiham edib. Paris hücumun İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli qruplaşma tərəfindən törədildiyini bildirib. İran Xarici İşlər Nazirliyi isə bu ittihamları rədd edib.
Tramp Putin və Cinpinlə danışacağı mövzuları açıqladı
<content:encoded><![CDATA[ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Ukrayna, İran və nüvə tərksilahı məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib.
ABŞ lideri bu barədə Filippin və Çinə səfərə yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
"Biz nüvə tərksilahı məsələsini müzakirə edəcəyik. Bu, mürəkkəb mövzudur, çünki hər birimiz üçün nüvə silahlarımızdan imtina edəcəyimizi söyləmək çox çətindir, elə deyilmi? Üstəlik, başqa ölkələr də var. Bununla belə, nüvə tərksilahı məsələsini müzakirə edəcəyik. İran haqqında danışacağıq. İranla işlərimiz çox yaxşı gedir, amma yenə də bu barədə bir qədər söhbət edəcəyik. Ən sevimli mövzum olan Ukrayna haqqında da danışacağıq", - deyə Ağ Ev rəhbəri qeyd edib.
O əlavə edib ki, üçtərəfli görüşdə iqtisadiyyat və ticarət məsələləri də müzakirə olunacaq.
ABŞ Prezidenti sammit çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla danışıqlar aparmaq ehtimalını da istisna etməyib.
"Biz Çinə gedəcəyik və orada Si Cinpinlə görüşəcəyik. O, bir ay əvvəl burada idi. Həmçinin Prezident Putinlə, bəlkə də Kim Çen Inla görüşəcəyik. Beləliklə, hər şey yaxşı olacaq. Çox şeyə nail olmaq şansımız var", - deyə Tramp əlavə edib.]]></content:encoded>
Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
<content:encoded><![CDATA[İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək.
Bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb.
Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) yüksəksəviyyəli tədbirlərində iştirakı məqsədilə Çin və Filippinə yollanacağı bildirilir.]]></content:encoded>
Bu türk ölkəsi nüvə mütəxəssisləri üçün şəhərcik salır
<content:encoded><![CDATA[Qazaxıstan Ulken qəsəbəsində nüvə mütəxəssisləri üçün şəhərcik tikməyi planlaşdırır.
Bu barədə Qazaxıstan Atom Enerjisi Agentliyi məlumat yayıb.
“Ulken qəsəbəsində bütün zəruri infrastruktura və kadr hazırlığı mərkəzlərinə malik, 33 min nəfər üçün nəzərdə tutulan şəhərciyin salınması planlaşdırılır”, - məlumatda deyilib.]]></content:encoded>
Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır
<content:encoded><![CDATA[Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır.
İnterxəbər.az Azərtac-a istinadla xəbər verir ki, noyabrın 9-da Ukrayna Ali Radasında keçirilən sessiya iclasında Ukrayna Silahlı Qüvvələri daxilində Kosmik Qüvvələrin yaradılması haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib. Təşəbbüs Ukraynanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirmək məqsədi daşıyır.
Qanun ölkənin müdafiə potensialını gücləndirmək üçün kosmik texnologiyaları inkişaf etdirməyi hədəfləyir. Kosmik Qüvvələrin yaradılmasında məqsəd düşmənin raket buraxılışları üçün milli erkən xəbərdarlıq sistemini yaratmaq, raket və kosmik hücumlara qarşı effektiv əks tədbirlərin hazırlanmasını, təhlükəsizlik və müdafiə sektorunun ehtiyacları üçün milli təhlükəsiz peyk rabitə sisteminin formalaşdırılmasını həyata keçirməkdir.
Aparıcı ölkələrdən ABŞ, Böyük Britaniya, Fransa, Çin, Hindistan, İran və Rusiyanın öz kosmik qüvvələri var.
Qanun layihəsinin müəllifləri qeyd edirlər ki, Ukrayna öz peyklərini və idarəetmə sistemlərini yaratmaq üçün lazımi elmi, mühəndislik, istehsal və infrastruktur imkanlarına malikdir. Bu, ona öz peyk bürcü vasitəsilə kəşfiyyat imkanlarını genişləndirməyə imkan verəcək.]]></content:encoded>
Prezident qanun imzaladı
<content:encoded><![CDATA[Prezident İlham Əliyev oktyabrın 23-də qəbul etdiyi "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi qanunu imzalayıb.
Bununla da, Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il 20 noyabr – 15 dekabr tarixlərində baş tutmuş Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları ilə qəbul olunmuş "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiqlənib.]]></content:encoded>
WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
<content:encoded><![CDATA[Zəfər Günü ilə əlaqədar "WhatsApp" platformasında saxta kampaniyalar yayılıb.
Bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.
Bildirilib ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Respublikası Prezidentinin adından 100 AZN məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir.
"MKA vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edir. Onlardan bu cür hallarla qarşılaşdıqda agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur", - deyə açıqlamada vurğulanıb.]]></content:encoded>
Prezident dərman istehsalı müəssisəsinin açılışında... - Foto
<content:encoded><![CDATA[Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.
Əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi.
Qeyd edək ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Əsas məqsəd əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğu artırmaqdır. Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib.
Hazırda ölkəmizdə 8 sənaye parkı - Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası”, Balaxanı Sənaye Parkı fəaliyyət göstərir. Bu il Naxçıvan Sənaye Parkının təməli qoyulub, zəruri infrastrukturun yaradılması istiqamətində iş aparılır. Həmçinin Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərini əhatə edəcək Qərb Sənaye Parkında zəruri infrastrukturun yaradılması üçün layihələndirmə işləri görülür.
“Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin təsisçisi Abidin Gülmüş müəssisə barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, bu müəssisəyə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib. Təsisçilər Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş.” şirkəti (66%), İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) (29%) və Türkiyənin “SİA Pharmaceuticals” şirkətidir (5%). Ümumi dəyəri 113,9 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından, 10 milyon manat isə güzəştli kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad olunub.
Ərazisi 5,2 hektar olan müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir. Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər dərmanlar istehsal olunacaq.
Müəssisənin inkişaf perspektivlərinə istehsalın artırılması, 5 il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılması, daxili tələbatın maksimum dərəcədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi daxildir.
Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıq quraşdırılıb ki, bu da yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verir. Məhsulların daxili bazara satılması ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur.
Burada 178 nəfər daimi işlə təmin ediləcək.
Müəssisə fəaliyyətində təhsil və elmi əməkdaşlığa da yer ayırıb. Belə ki, burada Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazası yaradılıb.