DataLife Engine / Whatsapp tərtibatçıları səsli mesajları mətnə çevirəcək yeni funksiya hazırlayır!

Whatsapp tərtibatçıları səsli mesajları mətnə çevirəcək yeni funksiya hazırlayır!

Whatsapp tərtibatçıları messencerdə reallaşdırılacaq maraqlı və faydalı yeni funksiya üzərində çalışırlar. Lakin sözügedən yeni funksiya ilk növbədə iOS istifadəçiləri üçün aktiv olacaq. Beləliklə verilmiş məlumata əsasən yaxın zamanda iOS istifadəçiləri Whatsapp-dakı səsli mesajları mətn formatına çevirə biləcəklər. Sözügedən funksiya hazırlanma mərhələsindədir və gözləntilərə əsasən yaxın zamanda messencerin beta test versiyasında istifadəyə veriləcək. Məlumatda qeyd edilib ki, səsli mesajların daxilində olan məlumatlar Facebook serverlərinə göndərilməyəcək. Səsli mesajların mətn formatına çevriləmələri prosesi isə birbaşa smartfonlarda reallaşdırılacaq.
22-09-2021, 22:32
Вернуться назад