DataLife Engine / SpaceX Starlink üçün yeni nəsil internet peykləri hazırlayıb

SpaceX Starlink üçün yeni nəsil internet peykləri hazırlayıb

SpaceX şirkəti Starlink üçün nəzərdə tutulmuş yeni nəsil internet peykləri üzərində işləri bitirdiyini elan edib. Əvvəlki peyklər ilə müqayisədə yeni nəsil internet peykləri daha güclü mühərriklər əldə ediblər. Bunun sayəsində onlar Yer kürəsinin orbitindəki digər obyektlərlə toqquşmalardan yan keçə biləcəklər. Bununla yanaşı daha güclü mühərriklərin hesabına peykləri orbitdən çıxartmaq mümkün olacaq. SpaceX artıq bu məsələ ilə bağlı qeydiyyat sənədlərini ABŞ-ın FCC nizamlayıcı orqanına təqdim edib. Qeyd etmək lazımdır ki, hal hazırda SpaceX şirkəti 1700-ə yaxın internet peykinə sahibdir və onlar naqil interneti səviyyəsində sürəti təmin edirlər.

“Biz hələ də yeni nsəil peyklərin qoruyucu elementləri üzərində çalışırıq. Buna baxmayaraq bizim mütəxəssislərimiz peyklərin enerji sistemləri ilə idarəetmə qurğularını təkmilləşdirə biliblər. Bu, perspektivdə ola biləcək istənilən toqquşmadan yan keçmək imkanını verəcək” - deyə SpaceX təmsilçiləri bildiriblər. Şirkət yaxın gələcəkdə yeni nəsil peyklərin sayını 29.988-ə çatdırmağı planlaşdırır. Onlar 340 km-dən 614 km-ə kimi hündürlükdə yerləşəcəklər. SpaceX-in planına əsasən bu cür peyklər minimal siqnal gecikməsi ilə bütün Yer kürəsini internet bağlantısı ilə əhatə edəcəklər. Yeni Starlink Gen2 System peyklərinin ilk partiyasının Yer kürəsinin orbitinə yaxın zamanda göndərilməsi gözlənilir.
23-08-2021, 16:52
Вернуться назад