DataLife Engine / Azərbaycanda "Mobil notariat" istifadəçilərinin sayı 120 minə çatır

Azərbaycanda "Mobil notariat" istifadəçilərinin sayı 120 minə çatır

Azərbaycanda mobil notariat istifadəçilərinin sayı 120 minə çatır.

Report"a istinadən xəbər veririk ki,bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bu günədək tətbiq vasitəsilə 60 minə yaxın notariat hərəkəti yerinə yetirilib.

Bildirilib ki, artıq tətbiqin imkanlarından xaricdə yaşayan azərbaycanlılar da istifadə edə bilərlər.

Hazırda 120 000-ə yaxın istifadəçisi olan "Mobil notariat"ın funksionallığının artırılması üzrə işlər davam etdirilərək mobil telefon vasitəsilə müxtəlif qurumlarda, o cümlədən dövlət orqanları, idarə, təşkilat və müəssisələrdə, hüquqi şəxslərdə, kommunal xidmət göstərən qurumlarda, mobil operatorlarda təmsilçiliyə dair etibarnamələrin verilməsi imkanı yaradılıb.

Bundan əlavə, vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün digər şəxslərə bununla bağlı işlərin aparılması səlahiyyətini verən etibarnamələr də əlavə edilib.

Həmçinin "Mobil notariat" tətbiqi üzərindən daşınmaz əmlaka sərəncam verilməsinə dair ər-arvadın və həmin ünvanda qeydiyyatda olan şəxslərin razılıq ərizələrinin elektron qaydada rəsmiləşdirilməsi mümkündür.

"Mobil notariat"dan istifadənin daha rahat həyata keçirilməsi üçün qeydiyyat proseduru sadələşdirilib, artıq Azərbaycan Respublikasının vətəndaşları olduqları yerdən aslı olmayaraq videoyazı vasitəsilə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Yeni xidmətlərdən faydalanmaq üçün “AppStore” və “PlayStore” elektron platformalarından pulsuz olan "Mobil notariat" tətbiqini yükləməklə mövcud istifadəçilər isə proqramı yeniləməklə yararlana bilərlər.

Növbəti aylarda yeni əlavə xidmətlərin istifadəyə verilməsi nəzərdə tutulur.
16-07-2021, 19:21
Вернуться назад