DataLife Engine / Ermənilər üçün gecə şoku

Ermənilər üçün gecə şoku

İrəvanda bir gecədə avtomobillərdə və yük maşınlarında əsas yanacaq kimi istifadə olunan qazın qiyməti 20 faiz bahalaşaraq 1 kub metr üçün 190 dramdan 230 drama (39 qəpik) çatıb.

Yerli iqtisadçılar bunu Rusiya rublunun məzənnəsinin dollara nisbətən düşməsi və qaz idxalının inhisarı ilə bağlı olduğunu bildirirlər.

Ermənistanda əksər nəqliyyat növləri benzin və dizel əvəzinə qaz yanacağından istifadə etdiyinə görə, nəqliyyatda gediş giymətlərinin də artacağı gözlənilir.

Ermənistan Sərnişindaşıma İttifaqının sədri Qrant Yeğiazaryan deyib ki, qazın qiymətinin 40-50 dram artması nəticəsində ictimai nəqliyyat sürücüsünün gündəlik gəliri təxminən 3000 dram azala bilər. Onun sözlərinə görə, bu isə öz növbəsində nəqliyyatda qiymətlərin artmasına səbəb ola bilər.

Hazırda şəhər nəqliyyatında gediş qiyməti 100 dramdır. Ötən il İrəvan Bələdiyyə İdarəsinin qiymətləri 50 faiz artırmaq cəhdi güclü ictimai etiraz dalğası ilə üzləşsə də qiymətlər dəyişməyib.

anspress.com
Ermənilər üçün gecə şoku
18-12-2014, 16:13
Вернуться назад