DataLife Engine / ÜST rəhbəri: “Vaksin milliyyətçiliyi” “Omikron”un yaranmasına şərait yaratdı”

ÜST rəhbəri: “Vaksin milliyyətçiliyi” “Omikron”un yaranmasına şərait yaratdı”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Yeni illə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

O, 2022-cu ili koronavirus pandemiyasının bitəcəyi il kimi tarixə düşəcəyinə inandığını bəyan edib.

“Bu il pandemiyanın üçüncü ilində onun başa çatacağına əminəm. Amma bu da birlikdə səy göstərəcəyimiz təqdirdə mümkün olacaq”, - deyə ÜST rəhbəri vurğulayıb.

Qebreyesus “vaksin milliyyətçiliyi” məsələsinə də toxunaraq bu zərərli davranışın “Omikron” ştammının yaranmasına şərait yaratdığını bildirib:

“Bəzi ölkələrin “vaksin milliyyətçiliyi” və “peyvənd yığımı” bərabərsizlik yaratdı və “Omikron” ştammının yaranmasına ideal şərait yaratdı. Bərabərsizlik davam etdikcə virusun qarşısıalınmaz formada yayılma riski daha da artacaq. Əgər bərabərliyi təmin etsək, pandemiyanı da geridə qoyarıq”.
1-01-2022, 14:20
Вернуться назад