DataLife Engine / Qazaxıstanda ev heyvanları üçün COVID vaksini hazırlandı

Qazaxıstanda ev heyvanları üçün COVID vaksini hazırlandı

Qazaxıstanda xüsusi olaraq ev heyvanları üçün nəzərdə tutulan koronavirusa qarşı peyvənd istehsal olunub.

Ölkənin Beynəlxalq Vaksin Mərkəzi tərəfindən hazırlanan “Naruvax-C19” peyvəndi pişiklər üzərində sınaqdan keçirilib.

Preparatın Nur-Sultanda keçirilən təqdimat mərasimində bir sıra ev heyvanlarının koronavirusa yoluxma riskinin yüksək olduğu qeyd edilib. Bildirilib ki, məhz onlar COVID-in təhlükəli mutasiyalarının ortaya çıxmasına səbəb ola bilərlər. Odur ki, sevimli “ev sakinləri”nin də vaksinasiyadan keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Məhbə: TRT
23-10-2021, 04:20
Вернуться назад