DataLife Engine / Bələdiyyə seçkilərini 40 min nəfər müşahidə edəcək

Bələdiyyə seçkilərini 40 min nəfər müşahidə edəcək

Bu günə qədər Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək üçün 39 263 nəfərin müraciəti qeydə alınıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətə əsasən hər məntəqədə seçki prosesini 8 müşahidəçi izləyəcək.

MSK sədri bildirib ki, bu gündən etibarən Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən dairə seçki komissiyalarına seçici bülletenlərinin paylanılmasına başlanılıb: “Sabahdan etibarən isə ucqar rayonlarda yerləşən dairə seçki komissiyalarına seçici bülletenlərinin paylanılmasına başlanacaq. Ümid edirəm ki, proses dekabrın 18-dək yekunlaşacaq”.(xezerxeber.com)
Bələdiyyə seçkilərini 40 min nəfər müşahidə edəcək
13-12-2014, 23:46
Вернуться назад