DataLife Engine / ABŞ sahillərində gəmi batıb, iki nəfər həlak olub

ABŞ sahillərində gəmi batıb, iki nəfər həlak olub

ABŞ-da San-Dieqo sahillərində gəminin batması nəticəsində iki nəfər həlak olub. Xilas edilən 23 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə CNN telekanalı yerli xilasetmə xidmətinə istinadla məlumat yayıb. Məlumata görə, çevrilən gəminin göyərtəsindəki 25 nəfər sudan çıxarılıb. Təəssüf ki, onlardan ikisi həyatını itirib.

Xəsarət alanların həyatı üçün təhlükə olmadığı, lakin üç nəfərə təcili tibbi yardım tələb edildiyi bildirilir. Qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.
3-05-2021, 03:57
Вернуться назад