DataLife Engine / Sərnişinlərin nəzərinə: Metroda gediş haqqı qalxacaq? - AÇIQLAMA

Sərnişinlərin nəzərinə: Metroda gediş haqqı qalxacaq? - AÇIQLAMA

2015-ci ildən etibarən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) metroda gedişhaqqının artırılması üçün Tarif Şurasına müraciət etməyəcək.

Bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, qiyməti qaldırmaq barədə qurumun rəhbərliyi tərəfindən Tarif Şurasına müraciət olunmayıb: “Bakı Metropoliteni QSC-nin yaxın vaxtlarda Tarif Şurasına müraciət etmək fikri yoxdur. Hələ ki, metroda gediş haqqının artımı gözlənilmir. Metro sərnişinlərinin gediş haqqı ilə bağlı narahatçılığına əsas yoxdur”.

Aktual.az
Sərnişinlərin nəzərinə: Metroda gediş haqqı qalxacaq? - AÇIQLAMA
5-01-2015, 15:37
Вернуться назад