Şərəfli Ömür Yolu
Ömür yoluna nəzər salanda zəngin bioqrafiyaya malik olan əslən Salyanan olan Ramiz Qurbanov Seyfulla oğlu haqqında söz açmaq əslində çox cetindir. Belə demiş söyləmiş ata-babalarımız alimin (ülemanın) mürəkkəbi şəhidlərin qanından üstün tutulur. Təsadüfü deyildir ki; Elə buna görədə bu zəngin büsbütün həyati bioqrafiyasını sizlərə təqdim edirik
Ramiz Qurbanov (Qurbanov Ramiz Seyfulla oğlu; d. 30.10.1934, Salyan şəhəri) — texnika elmləri doktoru, professor, AMEA müxbir üzvü (30.06.1989).
Həyatı
Ramiz Qurbanov 1935-ci ildə Azərbaycan Respublikasının Salyan şəhərində anadan olmuşdur. 1956-cı ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən kafültəsini fərqlənmə ilə bitirmişdir. "26 Bakı komissarı adına" NQÇİ-də operator kimi əmək fəaliyyətinə başlayaraq, usta köməkçisi, neft və qaz hasilatı üzrə usta, böyük mühəndis vəzifələrində işləmişdir. 1861-ci ildən bu günə qədər AzNKİ-nun "Nəzəri mexanika" kafedrasında assistent, böyük müəllim, dosent, professor, kafedra müdiri işləmişdir. 1963-cü ildə "Neft işində maye və qaz axmasının təyin edilmə məsələləri" mövzusunda namizədlik, 1968-ci ildə isə "Qeyri-nyuton neftlərinin hasilatının hidrodinamik xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968-1989-cu illərdə AzNKİ-da "Nəzəri mexanika" kafedrasının müdiri, institutun elmi işlər üzrə prorektoru işləmişdir. 1989-1990-cı illərdə AzPİ-nun rektoru olmuşdur. 1989-cu ildə Qurbanov R.S. Azərbaycan EA müxbir üzvü seçilmişdir.
Elmi fəaliyyəti
Qurbanov R.S. bərk cismin mexanikası və neft hasilatı texnologiyası sahəsində tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: neft-mədən avadanlığının və idarəetmə sistemlərinin Soft Kompyuterinq bazasında intellektual robotlarla təkmilləşdirilməsinin elmi əsaslarının işlənməsi.
Qurbanov R.S. 150-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın, 2 broşüranın müəllifidir. İxtiralara görə 3 müəlliflik şəhadətnaməsi alıb. O, 15 elmlər namizədi hazırlamışdır.
Qurbanov R.S. Azərbaycan SSR Dövlət mükafatının laureatı, "SSRİ fəxri neftçisi" adlarına layiq görülüb. "SSRİ ali təhsil sahəsində işində əla müvəffəqiyyətlərə görə", "Azərbaycan neft sənayesi əlaçısı", "Azərbaycan qaz sənayesi əlaçısı" nişanları ilə təltif olunub.
Təltif və mükafatları Texnika üzrə AR Dövlət mükafatı laureatı.
SSRİ-nin Fəxri Neftçisi.
SSRİ-nin Təhsil Nazirliyinin əlaçısı.
Xalq təsərrüfatı Nailiyyətləri sərgisinin diplom və medalları.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay