Badamdar küçələri Avropa Oyunlarına hazırlanır - FOTOLAR
Interxeber.az Bizimyolinfoya istinaden xeber veririki Badamdar qəsəbəsinin mərkəzi yolu-Mikayıl Müşfiq və “Neftçilər” küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Buna səbəb Bakı Şəhər İcra Hakimiyyətinin burada təmir işlərini aparmasıdır. Hazırda iki istiqamətli yolun bir istiqamətində təmir işləri getdiyi üçün avtomobillər əks istiqamətdə hərəkət edirlər. Burada işlər bitəndən sonra digər istiqamətdə təmir işləri başlanacaq.
Tikintidə çalışan fəhlələr bildirdilər ki, plana görə, Mikayıl Müşfiq və “Neftçilər” küçələrindəki təmir işləri ən geci mart ayının ikinci on günlüyünə qədər bitməlidir.
Fəhlələrdən öyrəndim ki, Badamdar qəsəbəsinin mərkəzi nəqliyyat yoluna alternativ yol olmadığı üçün yol bağlanmayıb. Bu yolda nəqliyyatın hərəkətini məhdudlaşdıraraq təmir işlərinin görülməsi münasib bilinib.
Gözlənilir ki, bu ilin iyun ayında Bakıda keçiriləcək Avropa Oyunları zamanı paytaxtın mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq və sürücülərə alternativ olaraq Badamdar qəsəbəsinin bu küçələri tövsiyə olunacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay