Koronavirus pandemiyası zamanı İsveçin karantindən imtina etməsi ölkə üçün yeni bir fayda vəd edir: bu addım nəinki ÜDM-in (Ümumi Daxili Məhsul) azalmasını yavaşladıb, həm də Krallığa iqtisadiyyatı tamamilə yenidən başlatmaq imkanı verib.

“Bloomberg”in məlumatına görə, bu barədə İsveçin maliyyə naziri Maqdalena Anderson bəyan edib.

Onun sözlərinə görə, 2020-ci ilin yekunlarına görə Krallıqda ÜDM-in düşməsi, məhdudiyyətlər yolunu tutan Avropa ölkələrindən əhəmiyyətli dərəcədə az olacaq.
M.Anderson bu müsbət proqnozu İsveç rəsmilərinin sərt karantin tətbiq etmədiyi və “kollektiv immunitet” yoluna getmədiyi ilə əlaqələndirib.

“Beləliklə, İsveç iqtisadiyyatı üçün ən son proqnoza görə ÜDM bu il 4,6 faizdə oturuşacaq, 2021-ci ildə isə 4,1 faiz artacaq. Avropa İttifaqının 2020-ci ildə gözlənilən çöküşü 8,7 faiz olacaq (Avropa Komissiyasının yay proqnozuna görə)”, - deyə nazir vurğulayıb.

O həmçinin ÜDM ilə bağlı proqnozlar fonunda ölkə hakimiyyətinin anti-böhran proqramının genişləndirilməsi və vətəndaşların rifahının yaxşılaşdırılması üçün, eləcə də iqlim dəyişikliyinə qarşı mübarizəyə 2021-ci il üçün əlavə 11.5 milyard dollar ayırdığını bildirib.

“Ölkənin ən qısa müddətdə tənəzzüldən çıxması üçün İsveç iqtisadiyyatını yenidən başlatmalıyıq”, - deyə Krallığın Maliyyə Nazirliyinin rəhbəri əlavə edib.

Onun sözlərinə görə, İsveç hökuməti koronavirus fonunda yeni iş yerləri yaratmaq, ölkənin iqlim dəyişikliyinə uyğunlaşmasını sürətləndirmək və sosial xidmətləri yaxşılaşdırmaq üçün tarixi bir imkan əldə edib.

Son xəbərlər

Almaniya Rusiyadan tələb etdi: “Ölkədəki dörd baş konsulluğun işini dərhal dayandırın

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bayden və Sunakın İlham Əliyevə ünvanladığı məktublarda “yaşıl sirr” - TƏHLİL

Prezident İlham Əliyev Moldovaya səfər edib – FOTO

Köhnə direktor əvəzi Çinarə Atayevanın unudulmayan qanunsuzluqları - FOTO

Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun görüşü gözlənilir

Ermənistanın “əcəl zəngi” çalınır: Prezidentin xəbərdarlıqlarındakı istiqamətlər - TƏHLİL

Azərbaycan XİN: "Ermənistanın əsassız bəyanatını rədd edirik

İsrail Prezidenti Azərbaycana səfərə yola düşüb - FOTO

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Prezident Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib

İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib

Əminə Ərdoğan seçicilərə təşəkkür etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb

Türkiyə Prezidenti: “Qardaşım İlham Əliyev bizimlə bu sevincimizi bölüşür”

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə münasibətilə təbrik edib

BƏƏ-də Milli Neft Şirkətinin binası üzərində Azərbaycan bayrağı əks olunub - FOTO

Türkiyəli nazirlər AK Partinin İstanbul təşkilatının binasına gəliblər - FOTO

Ərdoğan tərəfdarlarına müraciət edib: “Seçki qutularının yanından ayrılmayın” – FOTO

Prezident: “On bir il əvvəlki görüşdə demişdim ki, Laçına qayıdacağıq və belə də oldu”

Prezident: “Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə hərəkət tam nəzarət altındadır

Prezident İlham Əliyev Laçın şəhərində bir sıra tədbirlərdə iştirak edib

Türkiyədə prezident seçkilərinin ikinci turu başlayıb

Mehriban Əliyevadan Müstəqillik günü ilə bağlı paylaşım – FOTO

Prezident Toğanalı-Kəlbəcər-İstisu yolunda görülən işlərlə tanış olub - FOTO

İlham Əliyev Laçın rayonunda “Qorçu” yarımstansiyasının açılışında iştirak edib - FOTO

Kissincerdən bəşəriyyət üçün “ABŞ və Çin təhlükəsi” açıqlaması

Qubadlı rayonunun Mahmudlu kəndi - FOTO

Estoniyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİR

Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib” - YENİLƏNİB

Ceyhun Bayramov Devid Bednarla görüşüb - FOTO

ANAMA: “Ən çox Ermənistanda istehsal olunmuş plastik minalara rast gəlinir” - FOTO

Bütün xəbərlər