DataLife Engine / ABŞ-da Çinə zəngə görə Baş Qərargah rəisini edam etmək təklif olundu

ABŞ-da Çinə zəngə görə Baş Qərargah rəisini edam etmək təklif olundu

ABŞ Konqresinin Nümayəndələr Palatasına namizəd, Respublikaçı Noy Malceri ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Baş Qərargahlar rəisi Mark Millini ictimai şəkildə edam etməyə çağırıb.


Belə ki, sonuncunun Çinə zəngi xəyanət kimi qiymətləndirilməli və generala qarşı buna uyğun davranılmalıdır.

Qeyd edək ki, Millinin Çinə zəngi “The Washington Post” qəzetinin redaktor köməkçisi Bob Vudvord və müxbir Robert Kostanın kitabından dərc olunan bir hissədə öz əksini tapıb. Onlar iddia edirlər ki, general iki dəfə Çin Xalq Azadlıq Ordusundan (PLA) həmkarı Li Zuoçenqə zəng edib və ABŞ-ın ÇXR-ə hücum etməyəcəyini bildirib.

O, həmçinin hücum qərarının Ağ Ev tərəfindən veriləcəyi təqdirdə çinli generala xəbərdarlıq edəcəyinə söz verib.

29-12-2021, 09:31
Вернуться назад