DataLife Engine / Pakistanda İƏT-in XİN başçıları Şurasının növbədənkənar iclası keçirilib

Pakistanda İƏT-in XİN başçıları Şurasının növbədənkənar iclası keçirilib

İslamabadda İslam Əməkdaşlığı Təşkilatının (İƏT) XİN başçıları Şurasının növbədənkənar iclası keçirilib.

İclas Əfqanıstandakı humanitar vəziyyətə həsr olunub.

Tədbirdə çıxış edən İƏT-in baş katibi Hissein Brahim Taha Əfqanıstanda terrorizm və zorakılıqla mübarizə məqsədilə birgə səylərin vacibliyindən danışıb.

İclasda digər ölkələrin XİN başçıları Əfqanıstanda humanitar vəziyyətin həlli ilə bağlı bir sıra təkliflər səsləndiriblər, Asiya ölkəsindəki böhrandan çıxış yolu barədə təşəbbüslərlə çıxış ediblər.

Qeyd edək ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.
19-12-2021, 16:37
Вернуться назад