DataLife Engine / Rusiyada miqrantların leqallaşdırılması ticarəti ilə məşğul olan qrup zərərsizləşdirilib

Rusiyada miqrantların leqallaşdırılması ticarəti ilə məşğul olan qrup zərərsizləşdirilib

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti qeyri-qanuni miqrantları qeydiyyat şöbələri vasitəsilə leqallaşdıran cinayətkar qrupu zərərsizləşdirib.

Cinayətkarlar Mərkəzi, Şimal-Qərb və Volqa federal dairələrində fəaliyyət göstəriblər.

Təhlükəsizlik qüvvələri cinayətkar qrupun 21 təşkilatçısı və fəal üzvünü saxlayıb və yaxın vaxtlarda onların barəsində həbs-qətimkan tədbiri seçiləcək.

İstintaq müəyyən edib ki, cinayətkarlar pul müqabilində digər dövlətlərin vətəndaşlarına qeydiyyat şöbələri vasitəsilə saxta sənədlərin hazırlanmasına, qondarma nikahların bağlanmasına və vətəndaşlıq almaq üçün Rusiya Federasiyasının vətəndaşı olan uşaqların atalığının müəyyən edilməsinə yardım ediblər.

Mənbə: Vestnik Kavkaza
17-11-2021, 09:40
Вернуться назад