Avropa İttifaqının bəyanatında onlarla insanın saxlanması barədə verilən məlumat yalandır. Qanunsuz aksiya keçirən şəxslərin əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Avropa İttifaqının bəyanatına münasibət bildirərəkən deyib. O, qeyd edib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı təmin olunub. “Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə 50 nəfərin iştirakı ilə piket keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdı. Buna baxmayaraq, onlar həmin ərazidə faktiki olaraq küçə yürüşü keçirməyə cəhd etmişdilər. “Sərbəst toplaşmaq haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin III hissəsinin 1-ci bəndinə əsasən müvafiq ali hakimiyyət binalarının 200 metr radiusunda keçirildiyi təqdirdə, mitinqlər, nümayişlər, küçə yürüşləri qadağan oluna bilər. Milli Şuranın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri Lökbatan qəsəbəsi 28 May küçəsindəki “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif olunub. Buna baxmayaraq, şəhərin mərkəzi hissəsində qanunsuz aksiyanın keçirilməsinə cəhd olunub”. Onun sözlərinə görə, polis qurumları tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. Belə ki, polis kübar və mədəni davranış nümayiş etdirib, heç bir insan xəsarət almayıb. “Avropa İttifaqı tərəfindən bu gün Barselonada baş verən hadisələrə, o cümlədən dinc nümayişçilərə qarşı polis tərəfindən rezin güllələrdən istifadə olunması, mətbuat nümayəndələrinin döyülməsi, həddindən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirilməsi yaxşı olardı. Fransada aylar ərzində nümayişçilərə qarşı tətbiq olunan polis qəddarlığı bütün insani davranış normalarını aşıb. 11 nəfər ölbürülüb, minlərlə insan xəsarət alıb. Gözlərini itirmiş, şikəst olmuş insanlar var. Təəssüf ki, bu kimi hallarda da ikili standartlar tətbiq edilir. Polisin mədəni davranışına xələl gətirilir. Avropa İttifaqı tərəfindən öz burnunun ucunda olan hadisələrə göz yumulur. Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz”.

Son xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar - YENİLƏNİB + FOTO/VİDEO

Hacıyev-Qriqoryan görüşü: Avropa İttifaqının etməli olduqları - ŞƏRH

Qarabağda lokal antiterror tədbirləri nəticəsində şəhid olan və yaralanan hərbçilərimizin sayı açıqlandı

Zidanın məşqçisi olmaq istədiyi komanda məlum olub

Türk dövlətlərinin diaspor gəncləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər - FOTO

Türkiyə Prezidenti: “Ermənistanın ona uzadılan sülh əlini tutmasını və səmimi addımlar atmasını gözləyirik”

İlham Əliyev: “Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması tarixi hadisədir

Rəcəb Tayyib Ərdoğan Naxçıvana gəlib - YENİLƏNİR - CANLI YAYIM

Şuşa gələn il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilə bilər

Fransa qoşunlarını Nigerdən çıxarır

Ərdoğan sabah Naxçıvana səfər edəcək

Sülh, qarşılıqlı anlaşma və hörmət - “Kaspi”nin TƏHLİLİ

Ceyhun Bayramov Antonio Quterreş ilə görüşəcək

Xankəndiyə doğru: Prosesin icrası - TƏHLİL

Türkiyənin müdafiə naziri Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən danışıb

Çinin BMT-dəki rəsmisi: “Ermənistan və Azərbaycan arasında dialoq beynəlxalq sabitliyin maraqlarına uyğundur”

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb

Yaşar Güler Zakir Həsənovu təbrik edib

Əliyevin xalqa müraciəti: Azərbaycanın təkliflər paketi regional müstəvidə - TƏHLİL

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilir - YENİLƏNİB + FOTO/CANLI YAYIM

İlham Əliyev: “Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır

Prezident İlham Əliyev xalqa müraciət edəcək

Xarici İşlər Nazirliyində brifinq keçirilir - CANLI YAYIM

“Hraparak”: “Azərbaycan tərəfi Qarabağdakı separatçılara konkret siyahı təqdim edib”

Ermənilərin Qarabağda 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb, xeyli sayda qənimət ələ keçirilib - RƏSMİ

Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub

Ermənistanda sosial şəbəkələrdə zorakılıq çağırışları edən adama qarşı cinayət işi açılıb

Müdafiə Nazirliyinin Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı brifinqi - CANLI YAYIM

Polis Seymur Mahmudovla vida mərasimi keçirilir - FOTO

Azərbaycan Prezidentinin Administrasiyasından Qarabağda yaşayan erməni sakinlərə ÇAĞIRIŞ

Şoyqu İran Ordusunun Baş Qərargah rəisi ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

MN: Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir

Bütün xəbərlər