Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası göndərib.

“Report”un Moskva bürosu xəbər verir ki, nota cari ilin 7 avqust tarixində Yekaterinburq şəhərində qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbirlə bağlıdır.

Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı təşkil olunan bu tədbirlə əlaqədar səfirlik tərəfindən Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlanıbş və Səfir Polad Bülbüloğlu Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və qəti etirazını əks etdirən məktub göndərib. Həmçinin Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski şəhərin müvafiq inzibati orqanlarına müraciətlər ünvanlamışdır.

Rusiya tərəfinə bu kimi təxribat xarakterli tədbirin təşkilinin və burada Yekaterinburq şəhər dumasının sədri İqor Volodinin qonaq qismində iştirakının qəbuledilməz olduğu çatdırılmış, ölkənin hakim partiyasının təmsilçisinin bu addımının separatçılığı təşviq etdiyi, Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik əlaqələrinin mahiyyətinə kökündən cavab vermədiyi, habelə ikitərəfli əməkdaşlığa zərbə vurduğu diqqətə çatdırılmışdır.

Qarşı tərəfdən İqor Volodin və tədbirin təşkilatçıları ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi, gələcəkdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı atıla biləcək bu cür provokasiya addımlarının qarşısının qətiyyətlə alınması təkidlə xahiş olunmuşdur.

Qeyd edirik ki, hazırda Səfirlik Rusiya tərəfinin rəsmi cavabını gözləməkdədir.

Son xəbərlər

Azərbaycan və Ukrayna XİN başçıları danışdı

Şəhid ailəsi kömək istəyir..

Ərdoğan və Rutte Ukraynanı müzakirə etdilər

Putinlə görüşümün uğurlu olması ehtimalı... - Tramp

Sülh sazişinin mətni bu tarixdə dərc olunacaq

İlham Əliyevin gəlişinə Ağ Evdə son hazırlıq

Tramp: "Azərbaycanla Ermənistan arasında avqustun 8-də sülh sazişi imzalanacaq"

Sələfinə güldü, öz başına gəldi: Trampın Baydendə lağa qoyduğu problemlər özündə də göründü

7 sığorta agentinin lisenziyası ləğv edildi

Putin ilə Netanyahu arasında telefon danışığı oldu

Rəsmi Bakıdan İran XİN sözçüsünün iddialarına SƏRT CAVAB

Trampın bu qərarı neftin qiymətini kəskin artıracaq

ÇL-də cavab görüşləri: 5 oyun...

Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib

Ukrayna 90-dan çox Rusiya şirkətinə sanksiya tətbiq etdi

ABŞ Qəzzada müharibənin bitməsi şərtini açıqladı

ABŞ-nin keçmiş dövlət katibi: "Ukrayna münaqişəsində dönüş nöqtəsi yaranıb"

Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

Əliyevlə Paşinyanın görüşü başladı

Şövkət Mirziyayevin Azərbaycana səfəri başa çatdı

Xankəndidə Zirvə görüşü: Prezident çıxış etdi

FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı

Rusiyada saxlanılan Azərbaycanlıların məhkəməsinin VAXTI BİLİNDİ

Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin səmərəliliyini artıracaq

Abadlaşan Ağdaş

Türkiyədə FETÖ ilə əlaqəli daha 361 nəfər saxlanıldı

İsrail mühüm məlumatı elan etdi

Fəda Abbasov monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı -TƏFƏRRÜAT

İran prezidenti ABŞ-yə xəbərdarlıq etdi

ABŞ-nin İrana zərbələri nəticəsində xəsarət alanlar var

İsrail ordusu İran dövlət televiziyasına zərbələr endirib

İsrail ordusu dron hücumlarının qarşısının alındığını bəyan edib

Bütün xəbərlər