Azərbaycan torpaqlarının işğal altında olduğu 30 il müddətində, sadəcə, seyrçi qalan UNESCO-nun Qarabağ münaqişəsinin həllindən sonra aktivliyi maraq doğurur. Göz görə-görə dağıdılan, yer üzündən silinmiş, yararsız hala gətirilmiş mədəni və tarixi abidələrin taleyinə etinasızlıq və indiki "canıyananlıq" arasındakı fərq elə dünya mədəni irsinin qorunması istiqamətində UNESCO-nun fəaliyyətinin nə qədər təktərəfli və siyasiləşmiş olduğunu göstərir.
Dominant.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
O bildirib ki, dünya maddi və mədəni irsinin qorunması kimi nəcib missiyanı öz üzərinə götürən təşkilat hər halda 1954-cu il Haaqa Konvensiyasından yaxşı xəbərdardır və bu illər ərzində öz mandatına və missiyasına uyğun olaraq erməni işğalçıların əsirinə çevrilmiş mədəni-tarixi abidələrin vəziyyətinə aydınlıq gətirmək üçün ən azı bölgəyə səfər edə bilərdi.
"Lakin gəlmədilər, baxmadılar, xilas etmək istəmədilər. Nəticə göz önündədir. Vaxtilə Azərbayanın 20 faiz ərazisini işğal atında saxlayan Ermənistan bu ərazilərdə sözün əsl mənasında mənəvi terror törədib, dini, tarixi, mədəni abidələri ya özününküləşdirib, ya da məhv edib.
UNESCO nümayəndəsinin erməni "abidələri" ilə bağlı canfəşanlığı isə hiddət doğurur. İndi Haaqa Konvensiyasını yada salıb, işğaldan azad olunmuş ərazlərdə yoxlama aparmaq üçün bölgəyə texniki missiya göndərmək qərarına gəliblər. Azərbaycanın müraciətlərini uzun illər eşitməyən UNESCO-nun qəfil hərəkətə keçməsi onun artıq humanitar missiyasından uzaqlaşaraq siyasi alətə çevrilməsi anlamına gəlir.
Əvvəla, Azərbaycan burada heç nəyi nə sındırıb, nə də dağıdıb. Əksinə, ərazilərini erməni tapdağından azad etdikdən sonra dövlətimiz miqyasına görə heç kəsi etinasız qoymayan dağıntıların, vandalizmin nəticələrinin aradan qaldırılması üzərinə fokuslanıb. Böyük quruculuq, bərpa işlərinə start verilib. Bura Azərbaycanın suveren ərazisidir və maddi-mənəvi irsin qorunması isə dövlətimizin hər zaman diqqət mərkəzindədir. Dünya mədəni irsinin qorunmasına böyük töhfələr vermiş Azərbaycan bu ərazilərdə də tarixi irsi yaşatmaq üçün lazımi işlər görüb və görməkdədir", - deyə deputat vurğulayıb.
O qeyd edib ki, mədəni-tarixi abidələr bəşəri nemətlərdir, onların qorunması UNESCO-nu daha çox narahat etməlidir.
"UNESCO-nun ümumbəşəri dəyərləri siyasi alətə çevirmiş Ermənistanın yalanlarına qulaq asmaqdansa, öz Nizamnaməsi, eləcə də qəbul olunmuş uyğun beynəlxalq sənədlər çərçivəsində missiyasını ədalətli həyata keçirməsi daha məqsədəuyğun olar. Azərbaycan beynəlxalq öhdəliklərinə sadiqliyini daim nümayiş etdirib, UNESCO-nun təməl prinsiplərə hörmət çağırışını mədəniyyətimizə qarşı terror törədən Ermənistana ünvanlı şəkildə bildirməsi daha düzgün olar", - deyə S.Mikayılova əlavə edib.
Siyasət
"UNESCO hörmət çağırışını Ermənistana ünvanlamalıdır" - Sevil Mikayılova
Hadisə
Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
Son xəbərlər
Putinlə Tramp arasında telefon danışığı olub
Siyasət
Qələbə çox yaxındır, əminik... - Peskov
İqtisadiyyat
Kanada ABŞ məhsullarına 50 faizlik rüsumlar tətbiq etdi
Son xəbərlər
Əli Əsədov onu vəzifədən azad etdi
Siyasət
Putin Paşinyanı Moskvaya çağırdı - Peskov
Müsahibə
Almaniyanın bu addımı müharibənin başlanğıcıdır - Lavrov
Siyasət
Avropalı müşavirlər də Kiyevə gəldilər
Texnologiya
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO
Siyasət
Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq
İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
Siyasət
Tramp Ukraynaya xərclənən vəsaiti Avropadan tələb edəcək
Bölgə
Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? - VİDEO
Siyasət
Bayramov İsveçin yeni səfiri ilə görüşdü
Son xəbərlər