“Əraziyə gələn yüzlərlə polis və hərbçi maşınlarda olan qadın və uşaqları döyməyə və daşqalaq etməyə başladı”
Ermənistanda fəaliyyət göstərən “Rejimsiz 100 il” hərəkatının aksiya keçirmək istəyi polis hücumu və silahla qarşılanıb.

APA-nın 1in.am saytına istinadən verdiyi xəbərə görə, təşkilatçıların hələ yanvarın 19-da keçirməyi planlaşdırdıqları avtoyürüşü qondarma “Dağlıq Qarabağ” separatçı rejiminin nümayəndələri təxirə salıblar. Onlar bu yürüşün Ermənistanın işğal etdiyi ərazilərdə məskunlaşmış ermənilərinin rəsmi İrəvana olan “inam və etimadını sarsıda biləcəyini” bildiriblər. Buna görə də yürüşün təşkilatçılarından biri olan Jirayr Sefilyana müraciət edərək, tədbiri keçirməməyə çağırıblar.

Təşkilatçılar bu gün yürüşü keçirməyə qərar veriblər. Lakin separatçı rejimin nümayəndələri 43 avtomobildən ibarət maşın karvanının işğalda saxladıqları Azərbaycan şəhəri Şuşaya girişinin qarşısını alıb.

Məlumata görə, maşın karvanı ərazidəki yüksəkliyə yaxınlaşdıqda mülki geyimli, üzü maskalı silahlı şəxslər və yüzlərlə polis onlara hücum edib.


“Jirayr Sefilyan və digərləri maşınlardan düşərək silahlı şəxslərlə danışmağa cəhd edib, lakin bu an əraziyə gələn yüzlərlə polis və hərbçi maşınlarda olan qadın və uşaqları döyməyə və daşqalaq etməyə başladı. Onlar bizi təhqir edərək, maşından çıxarmağa çalışırdılar. Maşınlarda olanların telefonlarını, sürücülərdən avtomobillərin açarlarını götürdülər. Belə bir şey heç martın 1-də də olmamışdı, bu 1 Mart hadisələrinin daha kobud təkrarı idi. Jurnalist Anuşav Şahnazaryanı hazırda xəstəxanaya aparılır. O baş nahiyəsindən xəsarətlər alıb, başdan-ayağa qan içindədir”, deyə hərəkat üzvü Süzan Simonyan.

Məlumatda qeyd olunub ki, Jirayr Sefilyan və yürüşün digər üzvləri də xəsarət alıb.

Son xəbərlər

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər

SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq

Şimali Koreya yeni hərbi dəniz bazası tikir

Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi

Bütün xəbərlər