
Siyasət
11.11.2020, 11:06
Paşinyan hökumətinin əmrlərini yerinə yetirməyən İrəvan polis rəisi işdən qovuldu
Ermənistan baş polis idarəsinin rəisi Vahe Kazaryan İrəvanın polis rəisi polkovnik Armen Qasparyanı istefaya göndərib.
Ermənistan KİV-in məlumatına görə, Qasparyan 9 noyabrda Ermənistan hökumətinin əmrini yerinə yetirməkdən imtina etdiyi üçün vəzifəsindən azad edilib.
Xatırladaq ki, Ermənistanın Qarabağda müharibəni uduzduğu elan ediləndən sonra İrəvanda etiraz aksiyaları başlayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay