Finlandiyada təhsil alan azərbaycanlı tələbələr erməni terroruna etiraz aksiyası keçirib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Belə ki, Finlandiyada təhsil alan tələbələrin təşəbbüsü və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər təşkilatının rəhbəri Ülviyyə Cabbarovanın dəstəyi ilə Helsinki şəhərinin mərkəzi dəmiryol vağzalının önündə işğalçı Ermənistan ordusunun hərbi təxribatlarını qınayan icazəli aksiya keçirilib.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada soydaşlarımız təcavüzkar Ermənistan ordusunun mülki şəxslərə qarşı törətdiyi vandalizm aktlarını, münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərinin və digər yaşayış məntəqələrinin dinc əhalisinin qadağan olunmuş ağır artilleriya silahlarından istifadə etməklə qətlə yetirilməsini, mülki obyektlərin dağıdılmasını pisləyiblər. Terror qurbanlarının şəkilləri önündə şamlar yandırılıb, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əllərində erməni təcavüzünü pisləyən məlumatverici plakatlar və Azərbaycan bayrağı tutan gənclər fin və ingilis dillərində “Gəncə üçün dua et!”, “Erməni təcavüzünə son!”, “Bərdə üçün dua et!” “Erməni terrorçuluğuna son!” kimi şüarlar səsləndiriblər. Həzin Azərbaycan musiqilərinin canlı səsləndirildiyi dinc aksiya şəhər sakinlərinin və turistlərin də diqqətini çəkib. Finlandiyada təhsil alan fəal gənclər Ofeliya Verdiyeva, Fərhad Savoji, Şəfiqə Qasımzadə, Sevda Hüseynova, Aylin Cabbarlı, Üzeyir Abbas, Ömər Mirzəyev, Fərid Əhmədiv, Aysu Saedi, Əsmər İbrahimzadə və Mona Savojifar yerli sakinlərə Ermənistanın dinc əhaliyə qarşı terror aktı törətməsi və günahsız insanların, o cümlədən azyaşlı uşaqların qətlə yetirilməsi barədə məlumat veriblər.

Helsinkidə erməni terroruna etiraz edilib - FOTO
Helsinkidə erməni terroruna etiraz edilib - FOTO
Helsinkidə erməni terroruna etiraz edilib - FOTO
Helsinkidə erməni terroruna etiraz edilib - FOTO

Son xəbərlər

Məmur özbaşnalığı

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Bütün xəbərlər