Azərbaycanda əhalinin 81 faizi 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistanın dövlət rəhbərləri arasında imzalanmış birgə bəyanatdan məlumatlıdır.

Bu barədə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Vətən müharibəsi mövzusundakı brifinqdə deyib.

Məlumatlılığı ölçmək məqsədilə aparılan sorğu nəticəsində, məlumatlı əhalinin 42 faizi tam məlumatlı olduğunu bəyan edib. O cümlədən, 38,5 faizi qismən məlumatlı, 19,1 faizi isə dərin məlumatının olmadığıni bildirib.

Eləcə də, 86 faiz respondent 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan bəyanat barədə bütün məqamların onun üçün aydın olduğunu qeyd edir. Məlum sənəddə 14 faiz respondent üçün aydın olmayan müddəa və məqamlar var. Bəyanatla bağlı əhalinin bir qismi, yəni, 14 faizi Xankəndi, Xocalı, Xocavənddə azərbaycanlılar və ermənilərin birgə yaşayışı, o cümlədən, sülhməramlı qüvvələrin burada yerləşməsi ilə bağlı onun üçün müəyyən sualların olduğunu qeyd edib.

Respondentlərdən 75 faizi informasiya vasitələrindəki şərhlər əsasında bəyanatın aydın olduğunu qeyd edib, 7 faiz insanımız isə onun üçün qaranlıq, qeyri-müəyyən müddəaların olduğunu bildirib.

Bəyanatın ictimai-siyasi ifadəsi ilə bağlı məsələlərdə qeyd olunub ki, rəyi öyrənənlərin əhəmiyyətli hissəsi, yəni, 60 faizindən çoxu Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan birgə bəyanatın Azərbaycan Respublikasının Prezidentinin diplomatik bacarığını ifadə etdiyini qeyd edir.

Sülh sazişini hərbi qələbəmizin siyasi ifadəsi kimi qiymətləndirənlərin sayı 21 faizdir.

Qeyd edək ki, sorğu 1-4 dekabr tarixlərində 603 respondent arasında təşkil edilib.

Son xəbərlər

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Tramp: “Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək”

Bütün xəbərlər