Mədəniyyət - İnterxəbər.Az
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Zelenski Melaniya Trampı təltif etdi
<content:encoded><![CDATA[Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın birinci xanımı Melaniya Trampı I dərəcəli “Şahzadə Olqa” ordeni ilə təltif edib.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, təltif Melaniya Trampın Ukraynaya humanitar dəstəyinə, hüquq müdafiəsi və xeyriyyəçilik fəaliyyətinə görə verilib.
O, həmçinin Rusiya təcavüzü nəticəsində zərər çəkmiş ukraynalı uşaqların və vətəndaşların xilas edilməsinə töhfə verib. Söhbət Rusiyaya qanunsuz deportasiya edilən və işğal olunmuş ərazilərdən məcburi köçürülən şəxslərdən gedir.]]></content:encoded>
Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto
<content:encoded><![CDATA[Qırğızıstanın birinci xanımı Aygül Japarova dörd ölkənin birinci xanımlarını qırğız mədəniyyəti ilə tanış edib.
 Aygül Japarova ilə birlikdə Bişkekdə unikal əl işləri sərgisinə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Çinin birinci xanımı Pen Liyuan, Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Özbəkistanın birinci xanımı Ziroat Mirziyayeva baş çəkiblər.
Sərgidən sonra qonaqlar üçün konsert proqramı təşkil olunub. Uşaq yaradıcılıq kollektivlərinin ifasında musiqi əsərləri səsləndirilib.
Qeyd edək ki, müxtəlif ölkələrdən nümayəndə heyətləri ŞƏT-in iclası və Ümumdünya Köçəri Oyunları çərçivəsində Qırğızıstana səfər ediblər.]]></content:encoded>
İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi
<content:encoded><![CDATA[Özbəkistan Prezidenti Şövkət Mirziyayev "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd olunub ki, Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Özbəkistan Respublikasının Prezidenti Şövkət Miromonoviç Mirziyayev "Heydər Əliyev" ordeni ilə təltif edilib.]]></content:encoded>
Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi
<content:encoded><![CDATA[İyulun 14-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib.
Tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarət konsert proqramı təqdim olunub.]]></content:encoded>
İlham Əliyev Somali prezidentini belə qarşıladı - Foto
<content:encoded><![CDATA[Azərbaycanda rəsmi səfərdə olan Somali Prezidenti əsən Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Somali Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Somali Prezidenti əsən Şeyx Mahmudu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Somali Prezidentinə raport verib.
Somalinin və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti əsən Şeyx Mahmudun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.]]></content:encoded>
Şuşa gələn il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilə bilər
<content:encoded><![CDATA[25-26 sentyabr tarixlərində Qətər Dövlətinin Doha şəhərində İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı işə başlayıb.
Nazirlikdən verilən xəbərə görə, mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti tədbirdə iştirak etmək məqsədilə sentyabrın 25-də Doha şəhərinə səfər edib.
Adil Kərimli “İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru” mövzusuna həsr olunmuş 12-ci Konfransın açılış mərasimində iştirak edib.
Builki tədbirdə mədəniyyət siyasəti üzrə əsas prinsiplər və davamlı inkişaf göstəriciləri, “İslam dünyasının mədəniyyət paytaxtı” proqramının inkişaf etdirilməsi mexanizmləri, mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində birgə mədəni fəaliyyətin genişləndirilməsi kimi məsələlər müzakirə ediləcək.
Konfransda, həmçinin, Azərbaycanın söz-sənət beşiklərindən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı ölkəmizin təqdim etdiyi nominasiya sənədinə baxılması, Şuşa ilə bağlı çıxış və təqdimat nəzərdə tutulur.]]></content:encoded>
“Azərbaycanfilm”də yoxlama aparılır
<content:encoded><![CDATA[Hesablama Palatası Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yoxlama aparır.
Kinostudiyanın direktoru Nazim Hüseynov APA-nın sorğusuna cavab olaraq bildirib ki, hazırda yoxlama prosesi davam etdirilir.
“Hələlik yekun heç nə deyə bilməyəcəyəm. Auditorlar maliyyə, təsərrüfat və digər sənədlər üzrə yoxlamalar həyata keçirirlər. Ümumiyyətlə, bu cür yoxlamalara mən müsbət yanaşıram. Hər bir iş gedən müəssisədə sözügedən formada yoxlamaların aparılması zəruridir”, - direktor qeyd edib.]]></content:encoded>
İlham Əliyevin İsrail Prezidentinə hədiyyə etdiyi xalça onun iş otağını bəzəyir - FOTO
<content:encoded><![CDATA[İsrailin ingilis dilində nəşr olunan və bütün dünyada geniş oxucu kütləsinə malik “The Jerusalem Post” qəzeti İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Prezident İlham Əliyev tərəfindən hədiyyə edilən xalçaya xüsusi yer ayırıb.
Məqalədə qeyd olunub ki, mənəvi əhəmiyyəti böyük olan iri toxunmuş ipək xalça Hersoqun öz şəxsi otağını bəzəyir.
Məqalədə deyilir: “Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev Hersoqa dərin təşəkkürünü bildirib, şərəf və ehtiram əlaməti olaraq ona gözəl toxunmuş xalça hədiyyə edib. İsrail Azərbaycanla bir neçə ildir müxtəlif səviyyələrdə sıx əlaqələrə malikdir. Ziyarət edən dövlət başçıları və digər nüfuzlu şəxslər Hersoqla təkbətək görüşən zaman xalçaya tamaşa etmək imkanı əldə edəcəklər”.
Ulu öndərə həsr edilən Gənclər Festivalı keçirilib - FOTO
<content:encoded><![CDATA[Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə 18 may tarixində Dənizkənarı Milli Parkda Gənclər Festivalı keçirilib.
“Heydər Əliyev İli” çərçivəsində ulu öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə həyata keçirilən festivalda gün boyunca minlərlə gəncin iştirakı ilə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi, ümummilli liderə həsr edilən “Heydər Əliyev və Azərbaycan” guşəsində sərgi təşkil olunub, gənclərə onun həyat və fəaliyyətindən bəhs edən videosüjetlər nümayiş edilib. 
Açıq hava altında qurulan festival ərazisində aparıcı gənclər və könüllü təşkilatlarının məlumat stendləri yaradılaraq tədbir iştirakçılarına təşkilatların fəaliyyətləri, həyata keçirilən layihələrə gənclərin cəlb edilmə prosesləri və gənclər təşkilatlarının vətəndaş cəmiyyətindəki tutduqları mövqe barədə məlumatlar verilib.
Gənclər Festivalına toplaşan gənclərin əyləncəsinin təmin edilməsi məqsədilə ərazidə yaradılan incəsənət guşəsi ilə yanaşı qurulan oyun parkurları, intellektual yarış zonaları, viktorinalar, idman oyunları iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən Gənclər Festivalı tanınmış ifaçıların konsert proqramı ilə gecə saatlarınadək davam edib.