Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun işində iştirak edib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Forum iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb. Forumun qlobal iqtisadi problemlərin həllinə öz töhfəsini verəcəyini və konstruktiv səmərəli dialoqa nümunə olacağını bildirərək tədbirin işinə uğurlar arzu edib.
Rusiya Baş Prokurorluğunun təşkilatçılığı ilə keçirilən “Sahibkarlığa dövlət qayğısı: əlverişli biznes mühitinin formalaşdırılması” sessiyasında Kamran Əliyev “Qanunun aliliyi və iqtisadi tərəqqi” mövzusunda çıxış edib.
Tədbir iştirakçılarını salamlayan Baş prokuror Rusiyanın müxtəlif regionlarında xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini bildirib.
Baş prokuror çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursuna uyğun olaraq sahibkarlığın inkişafının dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu, aparılan islahatlar nəticəsində sahibkarlıq fəaliyyətinin qanunvericilik bazası və lazımi infrastrukturunun yaxşılaşdırıldığını, sahibkarların vergi yükünün azaldılması, o cümlədən mənfəət və əlavə dəyər vergisinin dərəcələrinin aşağı salınması, onlara dövlət tərəfindən maliyyə dəstəyinin artırıldığını qeyd edib.
Həmçinin Kamran Əliyev prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparıldığını, prokurorluğun ictimai, o cümlədən sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin maraqlarının qorunması sahəsində fəaliyyətindən danışıb.
Sessiya zamanı digər natiqlər çıxışlar edib, sessiyaya həsr olunmuş mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev ilə Türkiyənin Baş prokuroru Bekir Şahin, Vyetnam Sosialist Respublikasının Baş prokuroru Le Minh Tri, Tayland Krallığının Baş prokuroru Nari Tantasatien və Çin Xalq Respublikasının Baş prokurorunun müavini Zhang Zhijie arasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə cinayətkarlığa qarşı mübarizədə təcrübə mübadiləsinin önəmli olduğu bildirilməklə, maraq kəsb edən bir sıra məsələlər, o cümlədən cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahəsində əməkdaşlığın əhəmiyyəti müzakirə edilib.
Nümayəndə heyətinin Sankt-Peterburq şəhərinə işgüzar səfəri başa çatıb.![]()
![]()
![]()
![]()
İqtisadiyyat
Baş prokuror Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edib - FOTO
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət
İsrail və Livan arasında planlaşdırılan danışıqlar təxirə salındı
İqtisadiyyat
İqtisadi Şuranın iclası keçirildi
Siyasət
Binanın başımıza uçacağını düşünürdük - Tramp
İqtisadiyyat
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
Tarix
Prezident fərman imzaladı
Hadisə
Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
Son xəbərlər
Putinlə Tramp arasında telefon danışığı olub
Siyasət
Qələbə çox yaxındır, əminik... - Peskov
İqtisadiyyat
Kanada ABŞ məhsullarına 50 faizlik rüsumlar tətbiq etdi
Son xəbərlər