İdman - İnterxəbər.Az
Arda Güler "Real Madrid"in təklifini rədd etdi: PSJ variantı gündəmdədir
<content:encoded><![CDATA[Türkiyə millisinin ulduz futbolçusu Arda Güler şərəfini qoruduğu "Real Madrid"lə müqaviləni yeniləmək barədə razılığa gəlməyib.
İddia olunur ki, gənc futbolçu "Kral klubu"nun illik 8 milyon avroluq maaş təklifindən imtina edib.
Məlumata görə, 21 yaşlı oyunçu ilə PSJ yaxından maraqlanır. Paris klubunun Ardanın keçidinə 200 milyon avro ödəməyə hazır olduğu vurğulanır. Fransa nəhənginin gənc ulduza illik təqribən 22 milyon avro məvacib təklif etdiyi bildirilir.
PSJ-nin fantastik təklifi ilə əlaqədar "Real"ın Gülerə yeni müqavilə və daha yüksək maaş təklif edəcəyi gözlənilir. Qeyd edək ki, futbolçunun sabiq klubu "Fənərbağça"nın 20 faizlik pay hüququ var. Futbolçu 200 milyon avro qarşılığında Fransa klubuna transfer olunarsa, İstanbul təmsilçisi bu keçiddən 40 milyon avro qazanacaq.
Qeyd edək ki, daha əvvəl "Real"ın Arda Gülerlə müqavilənin müddətini 5 il uzadacağı barədə məlumatlar yayılmışdı.]]></content:encoded>
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
<content:encoded><![CDATA[UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna start verilir.
Noyabrın 3-də turun ilk oyun günündə doqquz qarşılaşma keçiriləcək.
Günün erkən oyunlarında "Şaxtyor Donetsk" "Sportinq"i, "Qalatasaray" isə "Ştutqart"ı qəbul edəcək. Gecə saatlarında isə "Atletiko Madrid" - "Bavariya", "Barselona" - "Aston Villa", "Mançester Yunayted" - "Roma" və "Vilyarreal" - PSJ kimi maraqlı görüşlər baş tutacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
IV tur
3 noyabr
Saat 21:45. "Şaxtyor Donetsk" - "Sportinq";
Saat 21:45. "Qalatasaray" - "Ştutqart";
4 noyabr
Saat 00:00. "Atletiko Madrid" - "Bavariya";
Saat 00:00. "Barselona" - "Aston Villa";
Saat 00:00. "Feyenoord" - "İnter";
Saat 00:00. "Budyo Qlimt" - "Lill";
Saat 00:00. LASK - "Slovan Bratislava";
Saat 00:00. "Mançester Yunayted" - "Roma";
Saat 00:00. "Vilyarreal" - PSJ.]]></content:encoded>
Hər kəs Bakıda buna aşiq oldu - Venger
<content:encoded><![CDATA[Hər kəs Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalına aşiq olub.
Bunu FIFA-ya açıqlamasında qurumun Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger deyib.
Mütəxəssis yeni formatın matçların dinamikasına müsbət təsir etdiyini diqqətə çatdırıb:
"Hər kəs bu turnirə aşiq oldu və hamı onun dərhal yenidən keçirilməsini istəyir. Meydandakı oyunçu sayının azaldılması fərqləri aradan qaldırmağa kömək edir. Eyni zamanda hər bir matçın intensivliyi və futbolçuların əzmkarlığı çox yüksək səviyyədə idi".
A.Venger yarışın texniki səviyyəsini də yüksək qiymətləndirib:
"Bu format 11-in 11-ə oyunlarda tələb olunan səbri aradan qaldırır, çünki topu qazanan kimi dərhal təhlükəli hücum yaratmaq mümkündür. Bütün bunlar azarkeşlərin diqqətini cəlb edir və oyundan zövq almalarını təmin edir".]]></content:encoded>
Canni İnfantino İlham Əliyevə təşəkkür etdi
<content:encoded><![CDATA[FİFA prezidenti Canni İnfantino Bakıda 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Bununla bağlı FİFA prezidenti İnstaqram hesabında paylaşım edib.
C.İnfantino turnirin açılış mərasimini fantastik adlandırıb:
"Mən Azərbaycan Prezidenti İlham Əliyevə, Baş nazirin müavini Samir Şərifova, hökumətə, Prezident Rövşən Nəcəfin rəhbərliyi altında AFFA-ya (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - red.), FİFA-dakı həmkarlarıma və bu xüsusi yarışın təşkilində kömək edən hər kəsə təşəkkür edirəm. Biz hər bir gənc istedada şans veririk və altı konfederasiyanın hamısında FİFA-nın 189 üzv ölkəsindən gəncləri birləşdiririk", - paylaşımda deyilir.
Qeyd edək ki, oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.
Açılış matçında Azərbaycan komandası Timor-Lesteni 6-0 hesabı ilə məğlub edib.]]></content:encoded>
Arsen Venger Bakıda keçiriləcək dünya çempionatının əhəmiyyətindən danışıb
<content:encoded><![CDATA[FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger Bakıda təşkil olunacaq U-15 dünya çempionatı və festivalının gənc futbolçuların inkişafına töhfə verəcəyini bildirib.
O, istedadlı futbolçuların dünyanın hər yerində olduğunu, lakin gənclərin beynəlxalq səviyyədə özlərini sınamaq imkanlarının eyni olmadığını vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, turnir müxtəlif ölkələrdən olan oyunçulara beynəlxalq təcrübə qazanmaq, fərqli rəqiblərlə qarşılaşmaq və müxtəlif futbol mədəniyyətləri ilə tanış olmaq imkanı yaradacaq.
Venger qeyd edib ki, xüsusilə gənclər futbolu dünyanı birləşdirmək gücünə malikdir. Müxtəlif ölkələrdən olan futbolçuların bir araya gəlməsi onlara meydandakı mübarizədən daha geniş təcrübə qazandıracaq, eyni zamanda milli assosiasiyaları gənc istedadların inkişafına daha çox sərmayə qoymağa təşviq edəcək.
Qeyd edək ki, Arsen Venger FIFA U-15 dünya çempionatı və festivalı ilə əlaqədar Bakıya gəlib. FIFA-nın rəsmi məlumatına əsasən, yarış oktyabrın 24-dən 30-dək keçiriləcək.]]></content:encoded>
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi
<content:encoded><![CDATA[Prezident İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib.
İnterxəbər xəbər verir ki, təbrik mətnində qeyd olunur:
"Sizi Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevral ayında Milli Paralimpiya Komitəsi təsis edilməklə, ölkəmizdə paralimpiya hərəkatının sistemli inkişafı üçün zəmin yaradılmışdır.
Azərbaycanda idmanın və sağlam həyat tərzinin təşviq edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi və idman infrastrukturunun davamlı inkişafı paralimpiyaçılarımızın nailiyyətlərinin ildən-ilə artmasına əlverişli şərait yaratmışdır. Qürurverici haldır ki, idmançılarımız ötən illər ərzində Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında çoxsaylı qələbələr əldə etmişlər. Məhz həmin nailiyyətlər idmançılarımızın yüksək peşəkarlığının, iradəsinin və əzmkarlığının parlaq nümunəsidir. Onların qazandıqları hər bir medal Azərbaycan xalqına sevinc bəxş etməklə yanaşı, əlilliyin insana idmanla məşğul olmağa maneə törətmədiyini bir daha sübut edir.
Əminəm ki, Milli Paralimpiya Komitəsi bundan sonra da paralimpiya hərəkatının əsas dəyərləri – əzmkarlıq, həmrəylik, bərabərlik, inklüzivlik və qarşılıqlı hörmət prinsiplərini rəhbər tutaraq, ölkəmizdə bu sahənin daimi inkişafına və beynəlxalq idman arenalarında Dövlət Bayrağımızın yüksəldilməsinə mühüm töhfə verəcəkdir.
Bir daha paralimpiyaçıları və bu hərəkatın inkişafında əməyi olan hər kəsi təbrik edir, yeni qələbələr arzulayıram!"]]></content:encoded>
Azərbaycan boksçusu Avropa çempionu oldu
<content:encoded><![CDATA[Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.
İnterxəbər Oxu.Aza istinadən xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.
57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi ilə qarşılaşıb.
Hər üç raundu öz xeyrinə başa vuran Cəmilə Muradlı 5:0 hesabı ilə (30:27, 30:27, 30:27, 30:27, 30:27) qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.
Bununla da Azərbaycan millisinin medallarının sayı dördə çatıb. Daha əvvəl boksçularımızdan Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, bu gün daha dörd idmançımız final döyüşünə çıxacaq.]]></content:encoded>
Zidan Ronaldu barədə: "Onun sayəsində inanılmaz kuboklar qazandım"
<content:encoded><![CDATA[Fransa millisinin baş məşqçisi Zinəddin Zidan portuqaliyalı hücumçu Kriştianu Ronaldunun ətrafında yaranmış vəziyyəti şərh edib.
Bu barədə jurnalist İlyes Piters "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl Kriştianu Ronaldu baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişəyə görə Portuqaliya millisinin düşərgəsini tərk edib. İddialara görə, təcrübəli hücumçu milli komandadakı karyerasını başa vurmaq qərarına gəlib.
Zidan Ronaldunun karyerasını yüksək qiymətləndirərək onunla birlikdə işləmək imkanına sahib olduğu üçün məmnunluğunu ifadə edib:
"Kriştianu Ronaldu? Onun möhtəşəm karyerasına haqqını vermək lazımdır. Bəxtim gətirib ki, onunla birlikdə çalışmışam. Onun sayəsində inanılmaz kuboklar qazandım. Mən bütün futbolçulara, xüsusən də Kriştianuya böyük hörmətlə yanaşıram", - deyə Zidan bildirib.
Qeyd edək ki, Ronaldo və Zidan 2016-2018-ci illərdə "Real Madrid" klubunda birlikdə çalışıblar. Həmin dövrdə Madrid təmsilçisi İspaniya çempionu olub və ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.]]></content:encoded>
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi - FOTO
<content:encoded><![CDATA[FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.
Hədiyyələr arasında idman köynəyi, eləcə də gələn ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatının, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatının (FIFA U-20 World Cup) rəsmi topu və vımpeli də olub.
İdman köynəyində dövlətimizin başçısının soyadı və 2026-cı ilə rəmzi olaraq "26" rəqəmi qeyd olunub.
Millimiz Litva ilə heç-heçə etdi
<content:encoded><![CDATA[Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu bu gün keçirəcək.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Litva komandası ilə üz-üzə gələcək.
Kaunas şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
D Liqasının 2-ci qrupunun matçını Kiprdən olan FIFA referisi Menelaos Antoniou idarə edəcək.
Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib.
UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyunu start götürüb.
Qarşılaşma Darius və Girenas stadionunda keçirilir.
UEFA Millətlər Liqasının Litva - Azərbaycan oyununda hesab açılıb.
Matçda ilk qolu meydan sahibləri vurub - 1:0
9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib.
Azərbaycan millisi hesabı bərabərləşdirib - 1:1.
14-cü dəqiqədə Mahir Emreli fərqlənib.
Darius və Girenas stadionundakı qarşılaşma 1:1 hesabı ilə bitib.