Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/interxeber/public_html/engine/modules/show.full.php on line 348 DataLife Engine > Версия для печати > İki karateçimiz medal qazandı
DataLife Engine > İdman > İki karateçimiz medal qazandı

İki karateçimiz medal qazandı


6-06-2021, 13:38. Разместил: inter
Oxu.az-ın məlumatına əsasən,Uşaq, yeniyetmə və gənclərdən ibarət yığma komandalarımız Kiprin Limassol şəhərində gənclərin Karate1 Liqa yarışında uğurla çıxış edirlər.

16-17 yaşlı gənclər arasında keçirilən qarşılaşmalarda karateçilərimizdən Fərid Savadov (55 kq) qızıl, Nicat Kərimli (61 kq) bürünc medal qazanıblar.

Bundan əvvəl isə 14-15 yaşlı idmançılar arasında görüşlərdə karateçilərimizdən Salman Salmanov və Ramilə Heydərova (hər ikisi kata) bütün rəqiblərini üstələyərək qızıl medal əldə ediblər. Mehralı Məmmədov (+70 kiloqram) gümüş, Amin Yadigarlı (52 kq) və Aysu Əliyeva (47 kq) isə bürünc mükafata sahib olublar.

Dünya Karate Federasiyasının (WKF) rəsmi turnirlərindən olan yarışda Azərbaycanın 32 karateçisi iştirak edir. İyunun 4-də start götürən və üç gün davam edəcək turnirdə ümumilikdə 37 ölkədən 760 idmançı mübarizə aparır.

Вернуться назад