DataLife Engine / Karateçilərimizin iştirak edəcəyi Olimpiya lisenziyalı yarış təxirə salındı

Karateçilərimizin iştirak edəcəyi Olimpiya lisenziyalı yarış təxirə salındı

Mərakeşin paytaxtı Rabatda keçirilməli olan karate üzrə Premyer Liqa yarışı təxirə salınıb.

Yarış pandemiya səbəbindən 29-31 oktyabra keçirilib.

Bu səbəbdən də bu yarışın əvəzinə Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Premyer Liqa yarışı Olimpiadaya lisenziya xalları verəcək. Bu yarış 30 aprel - 2 may tarixlərində baş tutacaq.

Qeyd edək ki, Rabat Premyer Liqa yarışı 9-11 apreldə baş tutmalı idi.

Onu da bildirək ki, karate yarışları bir illik fasilədən sonra bu ay Türkiyənin İstanbul şəhərində baş tutacaq. 12-14 mart tarixlərində keçiriləcək Premyer Liqa yarışında millimiz də iştirak edəcək.
9-03-2021, 19:15
Вернуться назад